Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:46

"Davay, dosvidaniya!"nın müəllifləri tənqidlərə meyxana ilə cavab verdilər


Azadliq FM - Ti kto takoy, davay, dosvidaniya
Gözlə

No media source currently available

0:00 0:54:03 0:00
Direct-ə keçid

"Azadliq FM" - 1 iyun 2012

Onların bir misrasının gördüyü işə nail olmaq üçün dünyanın aparıcı şirkətləri milyonlarla pul xərcləyirlər. Lakin əbəs yerə. Onlara - adı TV kanalları, qəzet və internet səhifələrini dolaşan İntiqamEhtiram Rüstəmovların populyarlığına ancaq qibtə eləmək qalır.

Azərbaycan meyxanaçılarının YouTube-da yayılan deyişməsi, ildırım sürətilə sosial şəbəkələrdə yayıldı. Yüz minlərlə insanı, xüsusilə rusdilli auditoriyanı silkələdi.

Rüstəmov qardaşları bir yaz səhəri dünya şöhrətli brendin müəllifi kimi yuxudan oyandı.

«Tı kto takoy, davay, dosvidaniya» (Sən kimsən, yalla, bas bayıra – sərbəst tərcümə bizimdir) misrasının müəllifiləri "AzadlıqFM" verilişində oldular. Dinləyicilərin və Facebook istifadəçilərinin suallarına cavab verdilər. Studiyada canlı meyxana səsləndi. Rüstəmov qardaşları rus dilinin təhrifi ilə bağlı Rusiya auditoriyasından səslənən tənqidlərə «Tebe mnoqo çitat nado!» meyxanası ilə cavab verdilər.

25 ildir meyxana deyən İntiqam Rüstəmov çörəyinin də meyxanadan çıxdığını deyir:
- Dolanışıq yerimiz el şənlikləridir. Astarada toyda məndən rus dilində bir meyxana istədilər. Mənim də ağlıma bu gəldi. Əvvəldən Etimadla məşq edəndə bu misranı demişdik, elə dedim ki, qoy bunu deyim, buna qafiyə tutaq.

İntiqam Rüstəmovdan 8 yaş kiçik olan qardaşı Ehtiram Rüstəmov:

- Mənə dostlar zəng vurdu ki, indi ORT-dən veriblər sizin meyxananı. Dedim, nə ORT, nə kanal?
- O toydan çəkilmiş kadrları YouTube-də yerləşdiriblər. Kim yerləşdirib?
- Onu bilmirik. Yəqin özləri.
- Rusiyada bu misraya redaktə ediblər: «Putin, tı kto takoy, davay, dosvidaniya». Buna münasibətiniz necədir:
- Bəlkə də onların əlinə fürsət düşüb bizim bu kəlmədən istifadə ediblər Putin üçün, amma mənim Putinə böyük hörmətim var. Rusiya torpağında çox oluram. Siyasi aləm üçün deməmişəm, onlar özləri götürüb istifadə ediblər, özləri bilərlər.
- Rusiya telekanallarına dəvət almısızmı?
- ORT telekanalından zəng vurmuşdular, bir neçə günə çəkiliş qrupu gələcək. Dedilər ki, gəlib sizi evinizdə çəkmək istəyirik, mən də dedim, buyurun.

- «Tı kto takoy, davay, dosvidaniya» meyxanasının yenidən işlənməsinə Rüstəmov qardaşlarının münasibəti necə oldu?

- Onlar Azərbaycanda insan haqlarının pozulması ilə bağlı meyxana deyəcəklərmi?

- AzadlıqRadiosu meyxanaya necə qafiyə oldu?


İntiqam və Ehtiram Rüstəmov qardaşlarının bu və digər suallara verdiyi cavabları dinlə:

XS
SM
MD
LG