Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:35

"Yazı" jurnalının yeni sayı gəldi


“Yazı” ədəbiyyat dərgisinin növbəti sayı işıq üzü görüb. Dərgi baş redaktorun qeydləri ilə açılır. Anım başlığıyla böyük Sabirin 150 illiyi münasibəti ilə yazı və şairin şeirləri verilib.

Nəsr bölməsində Rəhim Əliyevin “Qoşulub qaçmayan qız”, Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanlarının davamı, habelə Aydın Tağıyev, Eyvaz Zeynalov, Aslan Quliyev, N.Novruz və İbo Selin hekayələri çap olunub.

Poeziya başlığında oxucular Camal Yusifzadə, Bəxtiyar Hidayət, Uğur Olqar, Narıngül, İmarət Cəlilqızı və Xanım Qasımovanın şeirlərini oxuya biləcəklər.

“Söhbət” rubrikasında “Yazı”nın türkiyəli qonağı Yaqub Öməroğlu ilə, eləcə də dərginin yaradıcı qrupunun üzvü yazıçı Əlabbasla müsahibə yer alıb.

Burada Əlabbasın “Çörəksiz peşə” yazısının davamı da yayımlanıb. “Sözümüzün yiyələri” adı altında İsi Məlikzadənin “Oğul” hekayəsi oxuculara təqdim olunur.

Güneyli şairlər Aydın Yari, Ruqiyyə Səfəri və Nadir Paşanın şeirləri “Güney sovqatı” başlığıyla verilib. “İlk addımlar”da Namiq Şaman, Ülviyyə Tahir, Feyziyyə Hacıyeva, Şəhriyar del Gerani, Sərdar Tağıyev və Toğrul İbrahimlinin yazıları ilə tanış olmaq olar.

Dərginin tənqid və araşdırma bölümündə Şöhrət Bədəlovun, Tehran Əlişanoğlunun, Güntay Gəncalpın, Rövşən Qənbərovun, Həsən Səfərinin, habelə semiotika laboratoriyasından Fəxrəddin Veysəllinin və Rəhim Əliyevin yazı və tədqiqatları dərc edilib.

Aslan Quliyevin Sergey Dovlatovdan, dərgimizin gənc əməkdaşları Namiq Şaman və Fərid Hüseynin Umberto Ekodan, Alber Kamyudan etdikləri çevirmələrin də oxucularıın marağına səbəb ola bilər.

“Yazı” dərgisinin yeni sayını “Qasid”in, “Azərmətbuatyayım”ın və “Metroservis”in köşklərindən əldə etmək mümkündür.
XS
SM
MD
LG