Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:50

ATƏT sədri: «Tərəflər arasında etimad yaratmaq vaxtı çatıb»


Eamon Gilmore
Eamon Gilmore
İyunun 12-də Yerevanda ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın baş nazirinin müavini və xarici işlər naziri Eamon Gilmore Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini güc tətbiqi ilə hədələməkdən çəkinməyə çağırıb:

«Mən bu son insidentləri kəskin pisləyirəm. Bu münaqişə güc tətbiqi ilə həll olunmayacaq. Zorakılıq hallarının təkrarlanmasına son qoyulmalıdır».

Eamon Gilmore bunu Ermənistanın xarici işlər naziri Edward Nalbandianla
görüşündə deyib.

«Mən cümə axşamı günü Azərbaycanda olanda Azərbaycan tərəfinə də eyni mesajı
verəcəyəm. Tərəflər arasında etimad yaratmaq vaxtı çatıb. Bu, sülh prosesinə
cəlb olunmuş bütün tərəflərdən iradə və məsuliyyət tələb edir».

Eamon Gilmore gün ərzində Ermənistan prezidenti Serzh Sargsyan, parlamentin
spikeri Hovik Abrahamyan və siyasi partiya rəhbərləri ilə görüşəcək.

ATƏT-in fəaliyyətdə olan sədri iyunun 12-13-də Gürcüstanda, 13-14-də isə
Azərbaycanda olacaq.

Xəbəri ATƏT-in rəsmi saytı yayıb.
XS
SM
MD
LG