Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Morningstar: Azərbaycan təhlükəsizlik sahəsində inanılmış tərəfdaşdır


Richard L. Morningstar
Richard L. Morningstar
«Azərbaycanın ümumi maraqları ABŞ-ın xarici siyasətinin prioritetləri ilə üst-üstə düşür», ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Richard L. Morningstar öz bəyənatında belə deyib.

Morningstarın fikrincə, Azərbaycan təhlükəsizlik sahəsində inanılmış tərəfdaşdır.

Trend-in məlumatına görə, o, həmçinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini irəli sürülməsinə görə Dövlət katibi Hillary Clintona, etimada görə isə prezident Barack Obamaya minnətdarlığını bildirib.

Morningstar Azərbaycan əsgərlərinin Kosovo və Əfqanıstanda keçirilən ABŞ-ın əməliyyatlarında iştirakını da vurğulayıb.

«Azərbaycan və Amerika Birləşmiş Ştatları demokratik şəraitin və qanunvericilik məsələlərində dəyişikliklərin təkmilləşdirilməsi üçün əməkdaşlığı davam etməlidilər», o bildirib.

Seçildiyi təqdirdə, Morningstar Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmləndirilməsi üçün mümkün olan hər şey edəcəyini vəd edib.

Dinləmə prosesi zamanı Morningstarın namizədliyi üzrə səsvermənin 48 saat sonra Senatda keçirilməsi qərara alınıb.

Senatın rəsmi saytı məlumat verir ki, ABŞ Senatı Richard L. Morningstarın namizədliyi ilə bağlı iyunun 13-də dinləmələr aparıb.

Mornigstarın namizədliyi ilə birlikdə Senatda Niderlanda və Surinama səfir təyin olmasını ilə bağlı müzakirələr aparılıb.

Bundan öncə prezident Barack Obama Richard L. Morningstarın namizədliyini Azərbaycanda ABŞ-in yeni səfiri təyin olunması üçün irəli sürmüşdü. ABŞ Konstitusiyasına əsasən, Morningstarın namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.

Richard Morningstar təyin olunsa, Mathew Bryzanı əvəz edəcək. Bryza yanvardan bu vəzifəni tərk edib.

Mathew Bryzanı da Barack Obama təyin etmişdi. O, bir il səfir vəzifəsini icra etmişdi. Ancaq ABŞ-dakı erməni diaspora qruplarının və bir neçə senatorun etirazından sonra Senatda təyinatı təsdiq olunmadı. Bryzanın təyinatına qarşı çıxanlar onu Azərbaycan hakimiyyətin ilə müəmmalı əlaqədə ittiham edirdilər.
XS
SM
MD
LG