Yazıçı Kamal Abdullanın «Yarımçıq əlyazma» romanı «Mütərcim» nəşriyyatında ikinci dəfə nəşr edilib.
Xəbəri AzadlıqRadiosuna Bakı Slavyan Universitetinin mətbuat xidməti verib.
Xəbərdə romanın yeni nəşrinin oxucu tələbatından doğduğu vurğulanıb.
2004-cü ildə ilk dəfə nəşr olunan «Yarımçıq əlyazma» romanı haqqında ən çox rəy və təhlil yazılan əsər sayılıb, «Son onilliyin əsəri» seçilib və bir çox mükafatlar qazanıb.
Roman indiyədək dünyanın bir çox dillərinə çevrilib.
Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya və s. ölkələrdə çap olunub.
Dünyanın müxtəlif dillərində roman haqqında 100-dən çox rəy və resenziya yazılıb.
Rusiyanın məşhur «İnostrannaya literatura» jurnalı ilk dəfə Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb.
Xəbərdə vurğulanır ki, Latın Amerikası ölkələrindən Braziliyada Azərbaycan ədəbiyyatından nəşr edilən yeganə kitab da «Yarımçıq əlyazmadır».
Rusiyalı tənqidçilər əsəri «postmodernizmin ən parlaq nümunəsi», türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı «Azərbaycanın Borxesi» adlandırıblar.
Tərcüməçi Aleksandr Tkaçenko isə bildirib ki, «Folkner öz Yoknapatofunu, Markes öz Makondasını, Fazil İsgəndər öz Çegemini yaradan kimi, Kamal Abdulla da öz «Yarımçıq əlyazma»sını yaradıb».
Xəbərdə bildirilir ki, hazırda «Yarımçıq əlyazma» Yaponiyada və Misirdə nəşr prosesindədir.
Xatırladaq ki, bu ilin martında «Yarımçıq əlyazma»nın da daxil olduğu trilogiyaya («Yarımçıq Əlyazma», «Sehrbazlar dərəsi» və «Unutmağa kimsə yox» romanları) görə Kamal Abdullanın namizədliyi Beynəlxalq Nobel Mükafatına namizəd kimi təsdiqlənib.