Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:35

Azərbaycanda Morningstar gözləntisi... [Video]


Azərbaycanda Morningstar gözləntisi...
Gözlə

No media source currently available

0:00 0:54:59 0:00
Direct-ə keçid

Politoloqlar Zərdüşt Əlizadə, Rasim Musabəyov və Elxan Şahinoğlu Richard Morningstar'ın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatını müzakirə edirlər

-
«Enerji məsələləri üzrə müşaviri səfir təyin ediblərsə, deməli, o daha çox enerji məsələlərinə önəm verəcək».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Elxan Şahinoğlu Richard Morningstar'ın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatını müzakirə edərkən deyib:

«ABŞ-Azərbaycan əməkdaşlığı piramidasının başında enerji əməkdaşlığı dayanır. Neftlə bağlı məsələlər çoxdan həll olunub. Azərbaycanın qaz resursları var. Amerika çalışır ki, bu qaz resursları Rusiyadan yan keçməklə dünya bazarına çatdırılsın, Azərbaycan bu istiqamətdə Rusiya ilə əməkdaşlığa girməsin. Amerikanın əsas hədəfi bundan ibarətdir və bu istiqamətdə R.Morningstar çox peşəkar bir diplomatdır».

E.Şahinoğlu ABŞ-ın insan haqları və Qarabağ münaqişəsinin həllinə önəm verəcəyinə inanmadığını deyir:

«Demokratiya və siyasi-iqtisadi islahatlar sahəsindəki problemləri Azərbaycan hökumətinə elə çatdırmağa çalışacaqlar ki, bu məsələlər Amerika-Azərbaycan əməkdaşlığının iki xəttinə zərər gətirməsin. Yəni, enerji əməkdaşlığı və təhlükəsizlik. ABŞ çalışır ki, Azərbaycan hökumətini incitməsin və səfirə də bu təlimat veriləcək».

Politoloq Zərdüşt Əlizadə deyir ki, R.Morningstar demokratiyanın qurulması üçün çalışacaq, amma o, heç bir nəticə əldə edə bilməyəcək:

«Amerika hökuməti bilir ki, Azərbaycanda demokratik düşünən vətəndaş potensialı çox zəifdir. Müxalifətin demokratik potensialı zəifdir, vətəndaş cəmiyyəti güclü deyil, ziyalıların əksəriyyəti mənfəətpərəst insanlardır. Ona görə də, amerikalılar çox praqmatik bir mövqe tuturlar. Onlar belə fikirləşirlər ki, Azərbaycanda demokratiyanın qurulması xalqın özünün vəzifəsidir. Onlar güclü işləsələr, biz də onlara güclü dəstək verərik, lakin onlar bu istiqamətdə zəif işləyirlərsə, ölünü diriltməyin mənası yoxdur».

Z.Əlizadə ABŞ-İran münasibətləri haqda danışarkən deyir ki, ABŞ Azərbaycanı İrana qarşı istifadə etməyə çalışır:

«Azərbaycan dövləti gərək imkan verməsin ki, kimsə ondan istifadə eləsin. Bizim öz dövlət maraqlarımız var və bu maraqlar tələb edir ki, bizə hücum eləməsələr, torpağımızı tutmasalar, biz bütün qonşu dövlətlərlə normal münasibətlərə nail olaq».

Politoloq Rasim Musabəyov isə bununla razılaşmayaraq deyir ki, İrandan Azərbaycana hədələr var və buna göz yummaq olmaz:

«İran heç bir zərurət olmadan Azərbaycan sərhədlərində qoşun yerləşdirir. İran Xəzərdə öz hərbi qüvvələrini gücləndirir, Azərbaycanın Xəzərdəki sektoruna iddia edir. İranın təyyarələri bizim sərhədə yaxın zolaqlarda uçuşlar etmələrinə göz yumulmalıdırmı? Bunlar hamısı Azərbaycana təzyiqdir və ABŞ bu təzyiqləri neytrallaşdırmaq üçün Azərbaycana hər hansı bir kömək edirsə, mən o köməyi alqışlayıram».

R.Musabəyov R.Morningstar'ın təyinatını müsbət dəyərləndirir. Politoloq deyir ki, yeni səfir bölgəni yaxşı tanıyır və Azərbaycan rəhbərliyi ilə yaxşı əlaqələrə malikdir.

Müzakirəni tam olaraq buradan dinlə:


XS
SM
MD
LG