Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:50

Azərbaycanlı şairlər İranda «cinayət törətmək cəhdinə görə» həbsdədir


Fərid Hüseyn və Şəhriyar Hacızadə
Fərid Hüseyn və Şəhriyar Hacızadə
İran tərəfi Azərbaycan vətəndaşları Fərid HüseynŞəhriyar Hacızadənin həbsi ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab verib.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında bildirib ki, İran XİN öz cavab notasında F. Hüseyn və Ş. Hacızadənin «cinayət törətmək cəhdinə görə» həbs olunduqlarını açıqlayıb:

«Azərbaycanın Təbrizdəki Baş Konsulluğu isə öz növbəsində cavab notası göndərərək, Azərbaycan vətəndaşları, onların həbsi və harada saxlanıldıqları haqda niyə bu qədər gec informasiya verilməsini aydınlaşdırmaq istəyib. Konsulluq İran tərəfindən tezliklə F. Hüseyn və Ş. Hacızadə ilə görüş üçün şərait yaradılmasını da xahiş edib».

E. Abdullayev qeyd edib ki, Azərbaycan vətəndaşları haqda məlumat alınması və onların təhlükəsizliyi Azərbaycanın xaricdəki diplomatik missiyalarının prioritet vəzifəsidir: «Ona görə də diplomatlarımız bizim vətəndaşlarla görüşməli, onların durumu və saxlanma şəraiti ilə tanış olmalı və həbs barədə daha detallı informasiya almalıdır».

Azərbaycan vətəndaşları F. Hüseyn və Ş. Hacızadənin bu il mayın 2-də Təbrizdə mülki şəxslər tərəfindən saxlanıldığı barədə xəbərlər yayılıb. Azərbaycan XİN vəziyyəti aydınlaşdırmaq üçün İran tərəfinə nota göndərib, lakin uzun müddət cavab ala bilməyib.
XS
SM
MD
LG