Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:42

Bakıda Bəhruz Kəngərlinin sərgisi açıldı


-
«Qaçqın qadın»
«Qaçqın qadın»
«Bəhruz Kəngərlinin əsərləri təkcə Vətənində deyil, onun hüdudlarından kənarda da göstərilməlidir. Çünki o zamansız və məkansız bir sənətkardır».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına sənətşünas Ziyadxan Əliyev söylədi.

İyunun 22-də Dövlət Milli İncəsənət Muzeyində görkəmli rəssam Bəhruz Kəngərlinin fərdi sərgisi açıldı.

Açılışda Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də iştirak edirdi.

Bu il istedadlı rəssamın anadan olmasının 120 illik yubileyidir.

Bir az əvvəl bu yubileyin qeyd olunması barədə prezident fərmanı imzalanmışdı.

Ekspozisiyada 24 rəngkarlıq əsəri, 54 akvarel, «Azərbaycan tipləri» və «Naxçıvan» adlanan 2 albom və rəssamın 13 şəxsi əşyası nümayiş olunur.

Sərgidə ən çox diqqət çəkən rəssamın «Qaçqınlar» silsiləsidir.

Bu silsilədə 1918-1920-ci illərdə Yerevandan qaçqın düşmüş Azərbaycan türkləri təsvir olunub. Bu obrazlar əsrin sonlarında təkrarlanan son köçə çox bənzəyir.

Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvan şəhərində tanınmış ziyalı ailədə doğulub.
XS
SM
MD
LG