Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:47

ABŞ-da Rusiya rəsmilərinə qarşı qanun qəbul olunub


ABŞ Senatının əsas komissiyası yekdilliklə “Maqnitski” qanun layihəsini qəbul edib.

“Sergey Maqnitski - qanunun aliliyi və məsuliyyət” adlı qanun layihəsi 2009-cu ildə vəkil Sergey Maqnitskinin həbsxanada ölümüylə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutur.

Senatın xarici əlaqələr komitəsinin sədri John Kerry jurnalistlər və seyrçilərlə dolu səsvermə salonunda keçirilən iclasa sədrlik edib.

Bir neçə gecikmələrə sonra komitə tərəfindən rəsmiləşdirilməsi “Sergey Maqnitski - qanunun aliliyi və məsuliyyət” qanunun qəbulu qarşısında ən böyük sədd hesab olunurdu.

Qanun layihəsi Maqnitskinin həbsi və ölümündə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə viza verilməsini qadağa edir və onların ABŞ-dakı bank hesablarının dondurulmasını nəzərdə tutur.
XS
SM
MD
LG