Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:22

Elman Abdullayev: «Şairlərin həbsinin səbəbləri barədə XİN-ə məlumat daxil olmayıb»


Elman Abdullayev
Elman Abdullayev
Azərbaycan vətəndaşları Şəhriyar HacızadəFərid Hüseynin İranda həbsinin səbəbləri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə hələ də rəsmi məlumat daxil olmayıb.

Azərbaycan xarici siyasət idarəsinin mətbuat katibi Elman Abdullayev İranın «Press TV» kanalının iki şairin casusluqda və İran vətəndaşlarını əməkdaşlığa cəlb etməkdə ittiham olunduqları barədə xəbərini APA-ya belə şərh edib.

Elman Abdullayev bildirib ki, İran kütləvi informasiya vasitələri tərəfindən tirajlanan bu tip informasiyalar ictimaiyyəti çaşdırmağa və neqativ atmosfer formalaşdırmağa yönəlib:

«Belə məlumatları yaymaq – bu kimi həssas məsələlərə qeyri-sağlam yanaşmadır». O qeyd edib ki, «İran Xarici İşlər Nazirliyinin bizim diplomatik missiyanın nümayəndələrinə dediyi kimi, yalnız bu qurum tərəfindən verilən məlumatlar etibarlı sayılmalıdır».

İranın «Press TV» kanalı Azərbaycan vətəndaşları Şəhriyar Hacızadə və Fərid Hüseynin bu ilin mayında Tehranda casusluq fəaliyyətində şübhəli bilinərək saxlandığı barədə məlumat yayıb:

«Hər iki vətəndaş İrana Azərbaycan kəşfiyyat orqanlarının tapşırığı ilə gəliblər. Onlar bir neçə separatçını əməkdaşlığa cəlb etməli və İran dövləti əleyhinə fəaliyyətdə onlardan istifadə etməli idilər». Kanal qeyd edir ki, hər iki Azərbaycan vətəndaşı strateji əhəmiyyətli obyektlər barədə məlumat və fotoşəkillər əldə etməyə müvəffəq olublar.
XS
SM
MD
LG