Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:37

Təhsil Nazirliyi Məleykə Abbaszadənin ittihamlarına cavab verdi


Təhsil Nazirliyi
Təhsil Nazirliyi
-
«Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) həyata keçirdiyi imtahanların heç bir elmi, metodiki və pedaqoji əsası yoxdur. Dünyanın heç bir ölkəsində bu üsulla ali məktəblərə qəbul imtahanları keçirilmir. Bunu təsdiqləyən arqumentlər kifayət qədərdir».

Təhsil Nazirliyinin iyulun 7-də yaydığı məlumatda belə deyilir.

Qeyd olunur ki, TQDK sədri Məleykə Abbaszadənin təhsil, məktəb, müəllim haqqında söylədiyi əsassız, qərəzli fikirlər ölkədə təhsili və məktəbi nüfuzdan salmaq cəhdindən başqa bir şey deyil.

TQDK sədri Məleykə Abbaszadə iyulun 6-da APA-ya müsahibəsində deyib ki, Təhsil Nazirliyinin indiyə qədər keçirdiyi imtahanlar cəmiyyətin gözündən pərdə asmaq məqsədi daşıyıb:

«Pərdənin arxasında hansı işlər görülür, onu heç kəs bilmir».

Təhsil Nazirliyinin açıqlamasında bu məsələyə də toxunulur:

«Son illərdə Təhsil Nazirliyinin apardığı qiymətləndirmə islahatları, o cümlədən buraxılış imtahanları beynəlxalq təcrübəyə əsaslanıb və Azərbaycan Hökumətinin təsdiq etdiyi Konsepsiyaya uyğun həyata keçirilib. Bu mənada TQDK sədrinin fikirləri qeyri-ciddidir və hansı arqumentlərə əsaslandığı məlum deyil».

Prezident İlham Əliyevin sərəncamı ilə bu ildən orta məktəblərdə buraxılış imtahanlarını Təhsil Nazirliyi deyil, TQDK həyata keçirir.
XS
SM
MD
LG