Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:23

Əli Kərimlinin mühafizəçisi 10 sutka aldı


Bəhruz Həsənov [fotoda ən sağda]
Bəhruz Həsənov [fotoda ən sağda]
-
İyulun 11-i günorta saatlarında AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənovu mülkigeyimli şəxslər saxlayıb.

Bu haqda AzadlıqRadiosuna AXCP sədri məlumat verib.

«Bu gün faktiki adam oğurluğu baş verib. Mülkigeyimli bir neçə şəxs Bəhruz Həsənovu oğurlayıb. Onun hara aparıldığı məlum deyil».

Əli Kərimli hadisəni özünə qarşı olan təqiblərin tərkib hissəsi sayır.

Bəhruz Həsənov AXCP Suraxanı rayon təşkilatının fəalı, keçmiş 2 aprel məhbusu Babək Həsənovun qardaşıdır. O, ictimai əsaslarla Əli Kərimlinin mühafizəçisi işləyib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə Azadlıq Radiosuna deyib ki, Bəhruz Həsənov xuliqanlıq zəminində saxlanıb:

«Bəhruz Həsənov Suraxanı rayon Polis İdarəsinin 33-cü bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Səbəb isə onun törətdiyi konkret əməldir. Günorta vaxtı ictimai yerdə Bəhruz Həsənov küçədə bir vətəndaşı söyüb, təhqir edib. Həmin vətəndaşın adı Nazim Əliyev olmalıdır. Onun konkret şikayəti əsasında saxlanıb. Araşdırma aparılır, nəticəsindən asılı olaraq qanuni tədbir görüləcək».
VƏKİL MÜDAFİƏ EDƏ BİLMİR

Bəhruz Həsənov məhkəmədə vəkil tərəfindən müdafiə oluna bilmir.

Vəkil Əshabəli Mustafayev AzadlıqRadiosuna deyib ki, sənədləşmə üçün vaxt gedir, məhkəmə isə bunu nəzərə almır:

«Vəkillər üçün elə əngəllər yaradıblar ki, gedib məsləhətxanada müqavilə bağlamaq, order götürmək vaxt aparır. Məhkəmə isə gözləmir. Bəhruz Həsənov dövlətin təyin etdiyi vəkilin müdafiəsinə inanmadığı üçün ondan imtina edib».

10 SUTKA HƏBS

Suraxanı rayon Məhkəməsi Bəhruz Həsənov barəsində 10 sutka azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Bu barədə AzadlıqRadiosuna Əli Kərimlinin köməkçisi Faiq Əmirov məlumat verib.
XS
SM
MD
LG