Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:48

Pamukun “Məsumiyyət muzeyi” Bakıda çap edildi


“Qanun” nəşriyyatı Nobel mükafatlı türk yazıçısı Orxan Pamukun son romanı olan “Məsumiyyət muzeyi”ni Azərbaycan dilində nəşr edib.

“Həyatımın ən xoşbəxt anıymış, bilmirdim...”

Eşq romanı bu sözlərlə başlayır.

“Məsumiyyət muzeyi”ni oxuyarkən yalnız eşqlə deyil, evlilik, dostluq, intim münasibətlər, şəhvət, ailə və xoşbəxtliklə bağlı bütün düşüncələrinizin yerindən oynadığını və hekayənin cazibəsindən heç ayrılmaq istəmədiyinizi görəcəksiniz.

1975-ci ilin bir yaz günü başlayıb bu günə qədər davam edən istanbullu varlı gənc Kamalla onun uzaq və yoxsul qohumu Füsunun hekayəsi sürəti, hərəkəti, hadisələrinin və qəhrəmanlarının zənginliyi, yumor hissi və insan ruhunun dərinliklərindəki fırtınaları hiss etdirmə gücüylə seçilir.

Türkiyədə və dünyada milyonlarla oxucunun sevgi və heyranlığını qazanan, kitabları 58 dilə tərcümə olunan və hər yeni romanı böyük bir maraqla gözlənən Pamuk “Məsumiyyət muzeyi”ndə oxucularına unudulmaz yuxular kimi yaddan heç çıxmayacaq sarsıdıcı bir hekayə danışır.

Türkiyə türkcəsindən çevirən Könül Əliyevadır.
XS
SM
MD
LG