Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:17

Milli Kitab Müsabiqəsi, nəhayət ki, başlanır!


Nigar Köçərli: Milli Kitab Mükafatı avqustda başlanır...
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Nigar Köçərli: Milli Kitab Mükafatı avqustda başlanır...

Avqustun 28-dən etibarən Milli Kitab Mükafatına yenidən start verilir.

"Oxu zalı"na açıqlamasında MKM-in təşkilat komitəsinin sədri Nigar Köçərli bildirib ki, mükafatın nizamnaməsində bəzi dəyişikliklər olacaq.

“Biz bu dəyişikliyi həm münsiflər heyətinin tərkibində, həm də nizamnamədə edəcəyik. Düzü, münsiflər heyətinin tərkibi ilə bağlı mənə çoxlu suallar ünvanlanır, ona görə düşündük ki, bu məsələyə yenidən baxılmalıdır. Bu ilki mükafata yeni nominasiyalar əlavə olunacaq. Bu, uşaq ədəbiyyatı və ən yaxşı şeir nominasiyasıdır. Ötən illərdəki MKM-lərdən fərqli olaraq bu il regionlarda daha geniş təbliğat işlərinin aparılmasını düşünürük. Avqust, sentyabr aylarında regionlarda və ali məktəblərdə görüşlər keçirəcəyik”.

Nigar Köçərli bildirib ki, mükafatlandırma fondunda dəyişiklik olmayacaq.

“Ötən illərdəki kimi birinci yerin qalibinə 3000, ikinci yerə 2000, üçüncü yerə 1000 manat pul mükafatı veriləcək. Yazıçılar tez-tez müraciət edirlər ki, əsər qəbulu nə vaxtdan başlayacaq? Biz avqustun 28-dən etibarən əsərlərin qəbuluna start verəcəyik. Bu il əsərlərin son təqdim edilmə tarixini və münsiflərin əsərləri qiymətləndirmə müddətini uzadacağıq”

Nigar Köçərlinin sözlərinə görə ötən il MKM-in münsifliyindən imtina edən Rəşad Məcidin və Çingiz Abdullayevin yenidən münsiflər siyahısına qayıtması üçün onlara müraciət olunacaq.

“Mən çox istərdim ki, onlar yenidən bizim münsiflər olsunlar. Düşünürəm ki, Rəşad Məcid ədəbi proseslərdən kənarda qalmaq istəməz, ona görə mən şəxsən çox istərdim ki, o, yenidən münsif olsun. Mənim fikrimcə, münsiflər heyətinin sayı 17 nəfər yox, daha çox – məsələn, 20-30 nəfər ola bilər. Bu haqda biz müzakirələr aparırıq. Ekspertlərin tərkibi ilə bağlı isə deyə bilərəm ki, bu il bir neçə yeni ekspert dəvət edəcəyik. Bu, rus dilli ədəbiyyat üçün nəzərdə tutulacaq. Ümumiyyətlə keçən il ekspertlərin işindən razı qaldım”.

3-cü dəfədir ki, keçirilən Milli Kitab Mükafatına əslində ötən ilin sonunda start verilməli idi.

Amma son müsabiqədə bəzi münsiflərin nəticələrə etiraz olaraq istefa verməsindən sonra növbəti müsabiqənin elanı ilə bağlı ləngimələr yarandı.

N.Köçərli isə ləngiməni "müsabiqə kimi ağır işdən bir müddət dincəlmək istəməsi" ilə bağlayırdı.
XS
SM
MD
LG