Azərbaycan prezidenti İlham Əliyev Tokay Həbib oğlu Məmmədovun «Şərəf» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Xəbəri APA yayıb.
Tokay Məmmədov bu ordenə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Xatırladaq ki, xalq rəssamı Tokay Məmmədov 1927-ci il iyulun 18-də Bakıda doğulub.
Anası Zivər xanım Azərbaycanın ilk qadın heykəltəraşı olub.
O, ilk təhsilini həm anasından, həm də anasının həmkarı, tanınmış heykəltəraş Pyotr Sabsaydan alıb.
Daha sonra Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində heykəltəraş Fuad Əbdürrəhmanovun tələbəsi olub.
Leninqradda (Sankt-Peterburq) Repin adına Rəssamlıq Akademiyasında da ustad heykəltəraşlardan dərs alıb.
Bakıda şəhəri bəzəyən bir çox heykəllər Tokay Məmmədovun əlindən çıxıb.
Füzuli meydanındakı «Füzuli» abidəsi (Ömər Eldarovla birlikdə), Bakı Musiqi Akademiyasının qarşısında ucalan Üzeyir bəyin heykəli, Nəsiminin Nizami küçəsindəki heykəli, sovet rejiminin simvollarından olan Məşədi Əzizbəyovun heykəli, vaxtilə Bakıda ucalan XI Qızıl Ordu abidəsi, Mehdi Hüseynzadənin əlində qumbara tutmuş heykəli və ən nəhayət, Koroğlunun bu ilin əvvəllərində ucalan heykəli Tokay Məmmədovundur.
Ustad heykəltəraş hazırda Dövlət Rəssamlıq Akademiyasında dərs deyir.