Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:04

Çeçen: «Huşumu itirənə qədər işgəncə verirdilər»


Rusiyada həbsxana
Rusiyada həbsxana
-
2004-cü ildə günlərin bir günü təhlükəsizlik qüvvələrinin əməkdaşları bir çeçeni evinin qarşında saxlayır. Onu naməlum istiqamətə aparırlar. Bununla bu şəxsin müharibələrdən sarsılmış Çeçenistanın ədliyyə sistemindəki kabus dolu həyatı başlayır.

Özünü İmran kimi təqdim edən bu şəxs 18 il müddətinə azadlıqdan məhrum olub. O, terrorçuluqda ittiham olunub. Hazırda cəzasını Rusiyanın şimalında - Arxanqelsk vilayətində çəkir. İmran deyir ki, hələ həbs edilən vaxt bu işin nə ilə sona çatacağını bilirmiş. Çünki birinci dəfə deyildi ki, həbs olunurdu:

«Onlar ilk dəfə məni 2003-cü ilin sentyabrında, səhər saat 6-da ilk «təmizləmələr» vaxtı aparmışdılar. Məni aparanlar rus hərbçiləri idi. Düz 3 gün məni həbsdə saxladılar. Döydülər, işgəncə verdilər. Boynuma heç nə qoya bilməyəndə isə dedilər ki, fərqi yoxdur, hansısa bir cinayəti boynuna almalısan».

«QOHUMLARIM TAPMASAYDILAR, ÖLDÜRƏCƏKDİLƏR»

3 gündən sonra İmranı buraxsalar da, pasportunu qaytarmırlar. İkinci həbsi isə ona daha baha başa gəlir:

«Məni ikinci dəfə həbs edəndə, düz 10 gün işgəncə verdilər. Huşumu itirənə qədər işgəncə verirdilər.
Çeçenistan, 2010
Çeçenistan, 2010
Qohumlarım məni axtarıb tapmasaydılar, yəqin öldürəcəkdilər. Sonra işi prokurorluğa verdilər. Pasportumu müstəntiqdə gördüm. Bildim ki, mənə qarşı iş hazırlayıblar».

İmran 90-cı illərdə Çeçenistandakı birinci müharibədə iştirak edib. Deyir ki, 1996-cı ildə müharibə qurtarandan sonra dinc həyat yaşamağa başlayıb. Çeçenistanı tərk etmək istəyirmiş. Ancaq yaşlı anasına görə gedə bilməyib. İmranın işi hüquq-müdafiə təşkilatı - Rusiya Ədalət Təşəbbüsü vasitəsilə Avropa İnsan Haqları Məhkəməsinə qədər gedib çıxıb.

Rusiya Ədalət Təşəbbüsü təşkilatının hüquqşünası Anastasia Kushleiko deyir ki, İmranın cəzası ləğv olunmalıdır:

«İmranın təqsirli bilinməsi yalnız işgəncə ilə əldə olunmuş ifadələrə əsaslanır. Ona həm saxlanan vaxt, həm də istintaq zamanı işgəncələr verilib. Bunu sübut edən kifayət qədər dəlillər var».

RUSİYA HƏBSXANALARINDA NƏ QƏDƏR ÇEÇEN VAR?

Rusiyada həbsxana
Rusiyada həbsxana
Hüquq müdafiəçiləri deyirlər ki, hakimiyyət orqanları Çeçenistandan mümkün qədər çox kişini müəmmalı məhkəmə işləri ilə həbs etmək siyasəti həyata keçirirlər.

Çeçenistan ombudsmanının məlumatına əsasən, Rusiyanın müxtəlif cəzaçəkmə yerlərində 20 min çeçen cəza çəkir. Müstəqil mənbələr isə bu rəqəmin 30 mindən çox olduğunu deyirlər.

İmranın işində şahid qismində 16 yaşlı uşaq dindirilib. İmran deyir ki, o, məhkəmədə istintaqdakı ifadəsindən imtina edibmiş. Bildiribmiş ki, həmin ifadəni ondan işgəncə yolu ilə alıbmışlar. Həmin oğlan özü də 7 il azadlıqdan məhrum edilib. O və İmran 2003-cü ilin mayında partlayış törətməkdə ittiham olunub.

İmran indi həbsdədir. Onunla birlikdə həmin cəzaçəkmə müəssisəsində 20-yə yaxın çeçen var. İmran deyir ki, başqaları ilə müqayisədə çeçenlərlə pis davranırlar. Kiçik bir şeyə görə karserə salırlar.

İmran deyir ki, qanun 12 il cəza çəkəndən sonra əfv üçün müraciət etməyə imkan verir. Ancaq onun buna da ümidi yoxdur.
XS
SM
MD
LG