-
AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində professor Əkrəm Cəfərovun (Əkrəm Cəfər) şəxsi fondu yaradılır.
Xəbəri AMEA-nın saytı yayıb.
Azərbaycan alimi, filologiya elmləri doktoru, professor Əkrəm Cəfərov klassik Şərq ədəbiyyatının və orta əsrlər Azərbaycan poeziyasının tədqiqatçısı olub.
Professor Əkrəm Cəfərovun ailəsi mərhum alimin bir sıra fotoşəkillərini, dövrünün görkəmli şəxsiyyətləri ilə məktublaşmalarını, əsərlərinin əlyazmalarını AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təqdim edib.
Hazırda həmin eksponatların təsnif edilməsi üzərində iş aparılır və bu yaxınlarda muzeydə Ə.Cəfərovun ayrıca şəxsi fondu yaradılacaq.
Qeyd edək ki, muzeydə Mirzə Fətəli Axundov, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov və digərlərinin şəxsi fondları da mövcuddur.