-
Kosovolu şair Ali Podrimja Fransada düzənlənən «Voix de la Mediterainee» (Aralıq dənizinin Səsləri) şeir festivalına qatılmaq üçün getdiyi ölkədə 3 gün yoxa çıxıb.
Fransa polisi ölkədə şairin axtarışına başlayıb və sonda onun ölüsünü festival keçiriləcək məkandan 4 km uzaqlıqda yerləşən meşədən tapıb.
Türkiyə mediasının yazdığına görə, artıq Kosovo Daxili İşlər Nazirliyinə tanınmış şairin ölü tapılması xəbəri çatdırılıb.
Ancaq şairin ölüm səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
Bu arada Kosovonun Daxili İşlər Nazirliyi Fransa tərəfinə bu hadisənin aşkara çıxması yönündə göstərdikləri diqqətə görə təşəkkür edib.
Daxili İşlər naziri deyib:
«Dünyaca ünlü şair Ali Podrimja’nın ölümü təkcə ailəsi və dostları üçün deyil, Kosovo sənəti və mədəniyyəti üçün də itkidir. Ali Podrimja’nın xatirəsi hər zaman bizimlə olacaq və o, Kosovonun gələcək nəsilləri üçün örnək bir fiqur kimi qalacaq».
Ünlü şairin ölüm səbəbinin yaxın günlərdə açıqlanacağı bildirilir.
Bundan sonra şairin Kosovoya gətirilərək dəfn ediləcəyi xəbər verilir.
Kosovonun Yakova şəhərində doğulan və yazdığı lirik şeirlərlə tanınan Ali Podrimja'nın 10 şeir kitabı çıxıb.
Ali Podrimja'ın şeirləri türkcə, ingiliscə, almanca, fransızca, italyanca, macarcaya və bir çox slavyan dillərinə çevrilib.
Ali Podrimja'nın Türkiyədə çapdan çıxan şeirlər kitabından bir şeiri sizə təqdim edirik:
Neyleyeyim…
Sözdür sımsıkı kenetlediğim dişlerime
Onu kurtaran şiirdir hep
Ürür köpekler ardı sıra
Mil çekilir gözlerine şiirin.
Sıktığım kurşundur hasta gölgelere
Bedenimde bir insan doğar sonra
Ah, neyleyeyim?
Kendi içime kapanırım hep
Hep tutsağı olurum şiirin…