Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:41

Suriyalı deputat Türkiyəyə qaçıb


Suriya bayrağı
Suriya bayrağı
Suriyanın Hələb əyalətindən seçilmiş deputatı İxlas al-Badavi Türkiyəyə qaçdığı barasində məlumat yayıb.

O, «Sky News Arabia» televiziyasına bildirib ki, Bashar Assad rejiminin «minimum hüquqlarını tələb edən xalqına qarşı repressiyaları və amansız işgəncələrinə görə» ölkədən qaçmaq qərarına gəlib.

Əl-Bədəvinin may ayında seçilmiş məclisin ilk üzvü olduğu bildirilir.

Deputatın bu açıqlaması Suriya qoşunlarının Assad rejiminə qarşı müqavimət göstərənlərin qarşısını almaq üçün ölkənin ən böyük şəhəri və ticarət paytaxtı Hələbin ətrafına toplaşdığı ərəfəyə təsadüf edir.
XS
SM
MD
LG