Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:00

Polis piyadalara qarşı reyd keçirir


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycanın Daxili İşlər naziri Ramil Usubov Bakıda piyadaların qayda pozuntularının qarşısını almaq məqsədilə xüsusi əmr imzalayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, şəhər üzrə yol qəzalarında piyadaların vurulması çoxluq təşkil etdiyindən, onlar reydlərə başlayıblar.

Daxili İşlər nazirinin xüsusi əmrinə əsasən, post-patrul xidmətinin 110 nəfərdən ibarət əməkdaşı xidmət üçün BŞDYPİ-ə ezam edilib.

Tədbirlər çərçivəsində post-patrul və yol polisi əməkdaşları təyin olunmayan yerlərdən keçən piyadaları inzibati qaydada məsuliyyətə cəlb edir.

V.Əsədov deyib ki, son 3 gün ərzində 300-dən artıq piyada saxlanılaraq məsuliyyətə cəlb olunub.

İlin əvvəlindən indiyədək isə Bakıda qayda pozuntusuna yol verən 5000-dən artıq piyada inzibati məsuliyyətə cəlb edilib.

Bakı şəhərində yol qəza hadisələrinin 52 faizi piyadaların vurulması ilə müşayiət olunur.

«Yol hərəkəti haqqında» qanunun 40-cı maddəsini pozan piyadalar İnzibati Xətalar Məcəlləsinin 153.1-1-ci maddəsinə müvafiq olaraq 20 manat cərimə edilir.
XS
SM
MD
LG