Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:54

Rüqəyyə Kəbiri. Çox yaxında


-

Çox yaxında

Sırğalarımı xıyavandakı ağaclardan aslıyacam.
Boynumdakı mirvarilar
küçələrin qaranlığını
Fanar yanacaq
Yorğun yolçulara...
Canımı girov qoyacam
Omuzların şuxumlayan tarlaları...
Sürəkli doğduğum qızlarım
Döşlərimdən süd əməcək ətəşləri
Dodaqlarındakı nəm
Köklənəcək çicəkləri
Ana olacaq diləkləri.
Çox yaxinda
Dizə-dizə qızlarımın adını tumar yazıb
Təyyarələrdən aslayacam
Buludlar
Sevgi yağmurlayacaq
Qaranlıq döngələr
Işıqlanacaq kölgələrini
Çox yaxında....
XS
SM
MD
LG