Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:41

«Pussy Riot»un üç üzvünün məhkəməsi başlayıb


«Pussy Riot» qrupu üzvlərinin məhkəməsi zamanı, 30 iyul
«Pussy Riot» qrupu üzvlərinin məhkəməsi zamanı, 30 iyul
Moskvada qadınlardan ibarət pank qrup «Pussy Riot»un üç üzvünün - Mariya Alexina, Nadejda TolokonnikovaYekaterina Samutseviçin məhkəməsi başlayıb. Onlar xuliqanlıqda ittiham olunur.

«Pussy Riot»un üzvləri Moskvanın ən böyük kilsəsində Kremlə və yeni seçilmiş prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirmişdi. Onlar bu ilin fevralında kilsədə «Məryəm ana, Putini qov» məzmunlu «pank-dua» etmişdilər. Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri tərəfindən mehrabdan uzaqlaşdırılmışdılar.

Əgər məhkəmə onları təqsirli bilsə, onları 7 ilə qədər həbs gözləyir.

Rusiyanın baş naziri Dmitry Medvedev Britaniyanın «The Times» qəzetinə müsahibəsində bildirib ki, bu cür çıxışa görə, bir çox ölkədə son dərəcə ciddi cəza tətbiq olunardı. Medvedev tələsməməyi, məhkəmə hökmünü gözləməyin lazım olduğunu da bildirmişdi.

Müdafiə tərəfi Medvedevin müsahibəsini məhkəməyə təzyiq kimi qiymətləndirib.
XS
SM
MD
LG