Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:58

Rasim Məmmədov zavodlara qoçu dəstələri yollamadığını deyir...


İndiyə qədər 20-dən artıq müəssisəsinin fəaliyyətinin dayandırıldığı bildirilir
İndiyə qədər 20-dən artıq müəssisəsinin fəaliyyətinin dayandırıldığı bildirilir
-
«Baku Steel Company»nin hücumlarına məruz qaldıqlarını bildirən «Ahmed-Ataxan» Azərbaycan-Türkiyə metalyayma müəssisəsinin təsisçiləri prezident İlham Əliyevin baş verənlərə münasibət bildirməsini istəyirlər.

Müəssisənin həmtəsisçisi Nazim Məmmədov deyir ki, «Baku Steel Company»nin nümayəndəsi Rasim Məmmədovun dövlət adından danışması qanunaziddir:

«O, sahibkarlarla görüşdə deyir ki, bu işi dövlət səviyyəsində görürlər və tapşırıq yuxarıdan verilib. Özəl müəssisə olan «Baku Steel Company» digər 21 özəl şirkəti hədələyir ki, fəaliyyətinizi dayandırın. Özü də bu şirkət dövlətin, dövlət başçısının adından danışaraq bu addımları atır. Buna nəhayət bir aydınlıq gətirilməlidir ki, bilək doğurdanmı bu iş ən yuxarı səviyyədə verilən tapşırıqdır ya yox? Dövlətin atdığı addımdırsa, onda adıçəkilən şirkət bizə 5 milyon manat təzminat ödəməlidir. Yox, belə deyilsə, onda dövlət başçısı adından danışan və özəl müəssisələrə qoçu dəstələri göndərən Rasim Məmmədov haqqında cinayət işi açılmalıdır».

Nazim Məmmədov hesab edir ki, bu məsələlərin qaranlıq qalması sahibkarlar arasında dövlətə inamsızlıq mühiti yarada, onların ölkə daxilində sərmayə qoymaq istəyinin qarşısını ala bilər.

«Baku Steel Company»nin icraçı direktoru kimi təqdim olunan Rasim Məmmədov isə AzadlıqRadiosuna müsahibəsində onun zavodlara qoçu dəstələri yollaması haqda iddiaları təkzib edib.

İyulun 19-dan başlayaraq Bakı və ətraf qəsəbələrdəki metal zavodlarına hücum edən mülkigeyimlilərin «Baku Steel Company»nin rəhbərliyi adından danışaraq müəssisələrə fəaliyyətlərini dayandırmaq göstərişi verirlər.

İndiyə qədər 20-dən artıq müəssisəsinin fəaliyyətinin bu yolla dayandırıldığı bildirilir.

Onlardan ikisinin – «Şəhriyar -99» MMC və «R.A.N.K.» MMC-nin fəaliyyəti dayandırılmaqla yanaşı, əmlaklarının da bir hissəsi əllərindən alınıb.
XS
SM
MD
LG