Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:16

Dağlıq Qarabağda seçki nədən xəbər verir?


Thomas de Wall yazır ki, bu yaxınlarda Cənubi Qafqazda maraqlı bir seçki keçirildi. Diqqəti çox az cəlb etdi. Ancaq daha çox diqqətə layiq idi. Kiçik, heç bir dövlət tərəfindən tanınmayan Dağlıq Qarabağdakı seçkidə müxalifət namizədi çox yüksək nəticə göstərdi. Heç bir siyasi partiyadan dəstək almayan Vitaly Balasanian Bako Saakianla mübarizədə 32 faiz səs yığdı.

ERMƏNİSTAN MÜXALİFƏTİ ÜRƏKLƏNƏ BİLƏR

Keçmiş SSRİ-də keçirilən seçkilərin əksəriyyətində müxalif namizəd səslərin üçdə birini qazana bilməyib. Hətta Ermənistanda keçirilmiş prezident seçkilərində müxalifət lideri Levon Ter-Petrosian 21 faiz səs yığmışdı. İndi Dağlıq Qarabağda müxalifətin bu göstəricisi 2013-cü ildə Ermənistanda keçiriləcək prezident seçkilərində erməni müxalifətini ürəkləndirə bilər.

MÜXALİFƏT VƏ İQTİDAR EYNİ FİKİRDƏDİR

Vitaly Balasanian ilə Bako Saakian arasında xarici siyasət və təhlükəsizliklə bağlı fikir ayrılığı olmayıb. Dağlıq Qarabağın statusu ilə bağlı hər iki rəqib arasında razılıq olub. Hər ikisi belə hesab edir ki, Dağlıq Qarabağ müstəqil dövlət olmalıdır.

Vitali Balasanian
Vitali Balasanian
1991-1994-cü illərdə döyüşlərdə iştirak etmiş və hərbi komandir olmuş Vitaly Balasanianın cəmiyyət arasında nüfuzu var. O, belə hesab edir ki, Dağlıq Qarabağın danışıqlar masası arxasında oturmasında təkid etmək lazımdır. İşğal altında olan ətraf rayonları da Azərbaycana qaytarmaq lazım deyil.

Rəqiblər arasında əsas fikir ayrılıqları isə daxili siyasətlə bağlı olub. Vitaly Balasanian Dağlıq Qarabağın əsasən sosial-iqtisadi problemlərinin çox olduğu ucqar rayonlarından dəstək alıb.

DÖVLƏTÇİLİK ZƏİFDİRSƏ, SEÇKİ ƏDALƏTLİDİR?

Qarabağda keçirilən bu seçki son vaxtlar tanınmamış və qismən tanınmış postsovet ərazilərində müşahidə olunan tendensiyanı əks etdirir. Bu yaxınlarda separatçı Dnestryanıda parlamentin gənc üzvü Yevgeny Shevchuk yeni lider seçildi. O, seçkidə Moskvanın dəstəklədiyi namizədi məğlub edib.

Abxaziyada da iki dəfə belə gərgin seçkilər olub. 2004-2011-ci illərdə keçirilən seçkilərin hər ikisində autsayder sayılan namizəd favoritə qalib gəlib. Hətta əhalisi 40 mindən çox olmayan, büdcəsinin 99 faizi Rusiyadan formalaşan Cənubi Osetiyada da keçirilən seçkidə müxalif namizəd Alla Jiyoeva qalib gəlmişdi. Doğrudur, nəticələr sonradan ləğv olundu. Qalib olan isə kifayət qədər müstəqil sayılan Leonid Tibilov oldu. O, Alla Jiyoevanı öz kabinetinə dəvət edib.

Nə baş verir? Thomas de Wall yazır ki, belə ərazilərdə dövlətçilik zəifdir, insanlara təzyiq imkanları məhduddur. Cəmiyyətin adi üzvləri özlərinə daha çox güvənirlər. Siyasət aşağıdan daha çox idarə olunur, nəinki yuxarıdan.

Seçki Monitorinq Mərkəzi Anar Məmmədli deyir ki, münaqişələrin başa çatmadığı ərazilərdə, xüsusilə hərbi rejimlərin mövcud olduğu ərazilərdə keçirilən seçkilər azad və ədalətli ola bilməz:

Anar Məmmədli
Anar Məmmədli
GÖZƏ GÖRÜNMƏYƏN QÜVVƏLƏRDƏN ASILILIQ

“Bu gün Dağlıq Qarabağda hələ də hərbi qüvvələrin bütün siyasi və sivil qüvvələr üzərində de-fakto nəzarəti hökm sürməkdədir. Belə bir yerdə seçkilərin azad və ədalətli keçirilməsini gözləmək yanlışlıq olar. Ona görə ki, bürün siyasi spektr - istər iqtidar olsun, istər müxalifət bu və ya digər formada gözə görünən və ya görünməyən hərbi qüvvələrdən asılı vəziyyətdədirlər. Rəqabətli seçki mühitinə gəldikdə isə bu prosesdə daha çox Yerevana bağlı siyasi qüvvələr, eyni zamanda hərbi qüvvələrdən asılı olan şəxslər prosesdə daha çox uğur qazanır. Bu gün kiminsə 34-35 faiz səs alması, əvvəlki seçkilərlə müqayisədə müxalifətin səs yığması bu yalnız illüziya yaratmaq xarakteri daşıyır”.

Thomas de Wall yazır ki, ancaq ən azından belə bir siyasi inam var ki, bu torpaqların vətəndaşları münaqişələrin sülh yolu ilə həllində həlledici sözə sahib olacaqlar. Ona görə də onların adından çıxış edəcək legitim liderlərin olması arzu olunandır.
XS
SM
MD
LG