Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:46

Yardımdan imtina etdiyinə görə İranı qınayırlar


İranda zəlzələ, 12 avqust 2012
İranda zəlzələ, 12 avqust 2012
-
Avqustun 11-də baş vermiş zəlzələ ilə bağlı bir çox ölkələrin yardım təklifini qəbul etməyən İran hökumətini ictimaiyyət və siyasətçilər qınayır.

Zəlzələnin baş verdiyi əraziləri təmsil edən deputatlar insanların müvəqqəti yaşaması üçün çadırların çatışmamasından şikayət edirlər.

Bunu ICANA Agentliyinə deputat Ali Larijani deyib.

«Böhranla bağlı yaradılmış qərargah bu narahatlıqları azaltmaq üçün geniş tədbirlər görməlidir», - prezident Mahmoud Ahmadinejad’ın 2013-cü il prezident seçkisində mümkün rəqiblərindən biri sayılan A.Larijani bildirir.

Hökumət rəsmiləri avqustun 12-də bildirmişdilər ki, zəlzələdən 24 saat sonra axtarış-xilasedici əməliyyatları başa çatıb və sağ qalanlar xilas edilib. Bəzi sakinlər isə rəsmi qurumların ucqar kəndlərdə axtarış aparmasına şübhə ilə yanaşır.

«Mən bu yerləri yaxşı tanıyıram. Bəzi rayonların elə kəndləri var ki, heç maşınla da ora çatmaq mümkün deyil. Belə qısa zamanda bu işi başa çatdırmaq alınan iş deyil», - Təbriz şəhərindən bir həkim «Reuters» agentliyinə deyib.

«Asr-e» qəzeti yazır ki, yeraltı təkandan 24 saat sonra belə bəzi kəndlərə kömək etmək üçün hələ əmr verilməmişdi.

«Sakinlər deyirlər ki, əksər kəndlər dağılıb və hələ də ora bircə çadır göndərilməyib. Bəzi kəndlərə isə Zəlzələ Komissiyası heç getməyib», - qəzet yazır.
XS
SM
MD
LG