Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:32

Gürcüstan hakimiyyəti müxalifətin hesablarının dondurulmadığını deyir


Gürcüstan hakimiyyəti müxalifətdə olan partiyaların bank hesablarının dondurulması ilə bağlı yayılmış məlumatı təkzib edib.

Hökumətin yaydığı bəyanatda belə bir şey olmadığı bildirilir.

Müxalifətdə olan “Gürcü arzusu” koalisiyası ötən şənbə ona daxil olan bütün 6 partiyanın bank hesablarının dondurulduğunu bəyan eləmişdi.

Qeyd edək ki, Tbilisi şəhər məhkəməsi bundan əvvəl koalisiyanın lideri Bidzina İvanişvilini
12 milyon dollardan çox cərimə edib.

O, şəxsi hesabından koalisiyanı maliyyələşdirməkdə ittiham olunur.

Gürcüstan qanunlarına görə istənilən ölkə vətəndaşı seçkiqabağı kampaniyalar zamanı siyasi məqsəd üçün xərclədiyi vəsaitə aydınlıq gətirməlidir.

Məhkəmə həmçinin eyni səbəbdən “Milan” klubunun keçmiş futbolçusu və İvanişvilinin yaxın tərəfdarı Kaxa Kaladzeni 10 milyon dollardan artıq cərimə edib.

Müxalifət bunun oktyabrın 1-də keçiriləcək parlament seçkisi ilə bağlı olduğunu deyir.
XS
SM
MD
LG