Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:33

Nigar Duyğu. Təqvimdən tökülən yarpaqlar kimi, eşqim də bitdi


-

Təqvimdən tökülən yarpaqlar kimi, eşqim də bitdi

Sevginin bu gün azad olduğu yerdəyəm.
özümdən başqa sığınacaq yerim yoxdu,
qurduğum xəyallarımda ədalət axtarıram...
geri dönsəmmi ?
yeniden küsüşmələrə başlasaq ?
qapını vurub getsəm qışqıraraq ?
istəmədən ürəyimizi qırsaqmı yenidən..
ağlasam arxandan....
sənsiz qalamayacağımı anlasam, və təkrar dönsəm sənə.
sonra sənə sarılıb üzr istəsəm...
gülümsəsəm. ?..
bu həmişə belə davam etsə...
körpə uşaq kimi yanında nə çox danışsam və susmasam.
nağıllarda yaşasam...
fələk küləyi əsməsə ayırmasa bizi...
sovurmasa ruhumuzu boşluğa, nə uçuruma, nə uzağa.......
ama.......
sən sevgimi xərclədin ovcundakı qara qəpiklər kimi ....
İçimdə cücərən sevgimi çürütdün..
Təqvimdən tökülən yarpaqlar kimi, eşqim də bitdi,
Səssizcə ....
Üzülərək əl-ələ verdiyimiz yoxuşları gəzdim.
Dilimin ucundasa kif atmış adın..
Artıq Nigar yox, yad bir qadın..
Barmaqlarım arasında yalanına batırılmış sevgin.
Yollar uzun, həyat gərgin...
Yenə təqvimdən bir yarpaq endi, eşqim də bitdi..............
XS
SM
MD
LG