Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:24

Azərbaycanda bəzi saytlara giriş əngəllənib


Azerbaijan --- logo of the news agency APA
Azerbaijan --- logo of the news agency APA
Sentyabrın 2-də Azərbaycanda bəzi saytlara giriş əngəllənib.

"APA"nın baş direktoru Vüsalə Mahirqızı AzadlıqRadiosun bildirib ki, gün ərzində apa.az, day.az, vesti.az, 1news.az və AzTV-nin rəsmi saytına girişdə problemlər yaranıb.

Vüsalə Mahirqızı deyir ki, bu problem dünəndən müsahidə olunur, sayta giriş süni şəkildə çoxaldılıb.

O bildirib ki, dünən vesti.az və apa.az saytlarına 25 milyon müraciət kimi görünən giriş cəhdi olub ki, buna da serverin gücü çatmır.

Vüsalə Mahirqızı bunu haker hücumu hesab edir və bunun Azərbaycan zabiti Ramil
Səfərovun ölkəyə qaytarılması və əfv olunması ilə baglılığı var.
XS
SM
MD
LG