Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:57

O.Roy: "Orta əsrlərdə Məhəmməd peyğəmbərin şəkilləri çəkilirdi"


Panamada məsciddə yazı
Panamada məsciddə yazı
Azadlıq Radiosunun Xəbərlər Şöbəsi İslam və Yaxın Şərq siyasəti üzrə kitablar müəllifi, fransalı ekspert Olivier Roy və britaniyalı hərbi tarixçi, islamdan yazılar müəllifi Tariq Ali ilə söhbət edib.

Suallar Məhəmməd peyğəmbəri satirikləşdirən “Müsəlmanların məsumluğu” filmi və bu filmin müsəlmanlar arasında doğurduğu qəzəb və kütləvi etirazlar haqdadır.

Azadlıq Radiosu: Niyə bu aşağı səviyyəli film müsəlman dünyasında belə narazılıq dalğası yaratdı?
Niyə o biri dinlərdən və regionlardan fərqli olaraq dini gözdən salmaq müsəlman dünyasında zorakılığa gətirir?


Tariq Ali
Tariq Ali

Tariq Ali: Sizin sualınız əslində belə olmalı idi: niyə bu karikaturalar, filmlər məhz indi düzəlir?

Niyə keçən əsrin axırlarında yox idi?

Bu filmlər ortaya ona görə məhz indi çıxır ki, müsəlman dünyası ABŞ-a və onun müttəfiqlərinə genişlənir. Bu da islamdan qorxu mühiti yaradır.

Bu ölkələrdə liberallar var, ancaq sağçılar və ekstremist sağçılar da var. Onların fikrincə, belə vəziyyətdə müsəlmanlara qarşı provoksaiya təşkil etmək yaxşı vasitədir.

Müsəlman reaksiyası da eyni səbəbdəndir. Eyni hisslər ərəb dünyasındadır. Onlar özlərini işğal olunmuş hesab edirlər. Onlar qəzəblidirlər.
Siz bunları dünya siyasətindən ayıra bilməzsiniz.

Eyni suala Olivier Royun cavabı:

Məsələ islamda deyil. Məsələ siyasətdədir. Biz indi Yaxın Şərqdə bir növ üçbucaqdayıq. Bir tərəfdə Ərəb Baharı, o bir tərəfdə İslamın çox sərt təfsirinin və jihadın tərəfdarı sələfilər və 3-cü tərəfdə İranpərəst koalisiya.

Sələfilər və iranpərəstlər istənilən məsələdən ərəb küçələrini Qərbə qarşı qaldırmaq üçün istifadə edir.Onlar bununla ərəb baharının da altını qazırlar.
Bu, sivilizasiyaların toqquşması deyil. Bu, siyasətdir.

DÖZÜMSÜZLÜK...


Olivier Roy
Olivier Roy

Azadlıq Radiosu: Niyə islama tənqidi yanaşılan filmlərə, kitablara müsəlman dünyasında belə dözümsüzlük var?

​Olivier Roy: Bu ölkədən asılıdır. Siz Türkiyədə bunu edə bilərsiniz, ancaq Misirdə etmək çətindir. Bu, yenə siyasətdir. Yerli hökumətin sələfilərin dəstəyinə ehtiyacı varsa, onda bu ölkədə tənqidə dözümsüzlük var. Əgər hökumət neytraldırsa və ya demokratikdirsə onda tənqidlə bağlı problem yoxdur

Azadlıq Radiosu: Niyə başqa ziddiyyətli, mübahisəli sənət əsərləri bu film qədər narazılıq doğurmadı, bu film isə doğurdu?

Olivier Roy: Bu film sənət əsəri deyil. Bu, qıcıqlandırıcı vasitədir.
Və problem bunun siyasi manipulyasiyasındadır.

ANTİ-QƏRB ƏHVALI?

Azadlıq Radiosu: Bəzi şərhçilər deyirlər ki, bu filmə narazılıq müsəlman dünyasında Qərb əleyhinə olan əhvalı göstərir.

Olivier Roy:
Etirazlara xırda azlıq çıxıb. Çünki siyasi motivlidir. Əgər müsəlman dünyası Qərbin əleyhinə olsaydı, küçələrə milyonlar çıxardı.
Küçələrə isə minlər çıxıb.

KİM KİMDİR?

Azadlıq Radiosu: Ekstremist müsəlman dairələri bu narazılıq dalğasında hansı rolu oynayır?
Filmə reaksiyada müsəlman dünyası bölünürmü?

Olivier Roy:

Sələfi islam var, liberal islam var, var mühafizəkar islam. Məsələ islamda deyil. Məsələ onun hansı növdən olmasında, ideologiyadadır. İslamçılar var, sələfilər var.

İslamçılar indiki dövrdə mövqe tutmalıdırlar: ya sələfilərdən olmaq ya da sələfilərlə vuruşmaq. Təbii ki, mövqe bildirməkdən yayınmaq da olar. Tunisdə, məsələn, islamçılar mövqe bildirmək istəmirlər.
Ancaq Liviyada, Misirdə əksinədir. Müsəlman Qardaşlığı sələfilərin üstə ordunu artıq göndərib.

MƏHƏMMƏD PEYĞƏMBƏRİN ŞƏKLİ ???

Azadlıq Radiosu:
Bəzi siyasi şərhçilər deyirlər ki, Məhəmməd peyğəmbərin şəklinin çəkilməsi İslamın ruhuna ziddir. Bu doğrudurmu?



Seyre-Nabi. Məhəmməd peyğəmbər və tərəfdarları Məkkəyə gedir. 1595
Seyre-Nabi. Məhəmməd peyğəmbər və tərəfdarları Məkkəyə gedir. 1595
Olivier Roy: Bu, yozumdur. Tarixdə Məhəmməd peyğəmbərin çoxlu şəkilləri olub. Məhəmməd peyğəmbərin şəklinin çəkilməsinə ümumi qadağan yoxdur. Bu, Sələfilərin baxışıdır və bu Sələfi baxışı indi aparıcı rol oynayır.
Əgər siz orta əsrlər miniatürlərinə baxsanız, peyğəmbərin çoxlu surətlərinə rast gələrsiniz.
Məsələ ondadır ki, Məhəmməd peyğəmbərin bir dənə qəbul olunmuş şəkli yoxdur.
Müsəlman dünyasında isə peygəmbərin şəkilləri ilə bağlı nəhəng ikonoqrafiyaya rast gələ bilərsiniz.O cümlədən Pakistanda.
Pakistanda 1960-cı illərə qədər dükanlarda Məhəmməd peyğəmbərin şəklini almaq olardı.
Bu, yalnız son illərin, özü də Sələfi yozumudur.

Azadlıq Radiosu eyni sualı Pakistanda anadan olmuş, hazırda britaniyalı hərbi tarixçi, siyasi islam üzrə yazıların müəllifi Tariq Aliyə də verir.

Tariq Ali: Məhəmməd peyğəmbərin sual altına alınması yolverilməzdir.
Şəklin çəkilməsi bütpərəstliyin bir növü olardı ki, bu da İslamın ruhuna büsbütün ziddir.
Peyğəmbərə hücumu öz mədəniyyətlərinə hücum hesab edirlər, ona görə insanlar belə reaksiya verir.
Qaldı ki, provokasiyaya, onlar bilirlər ki, bu film provokasiyadır və bunu bilərək provokasiyaya gedirlər.

Azadlıq Radiosu: Bunun axırı necə olacaq?

Tariq Ali: Qabağa getmək - həyatda öz yolunu açmaqdır. Təkcə müsəlman dünyasında yox.
Hazırki məqamda Qərb dünyasından demokratiya azaldıqca, insanlar boşluğu doldurmaq üçün ya Çin millətçiliyinə doğru gedir ya da Ərəb dünyasında olduğu kimi dinə.
XS
SM
MD
LG