Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:24

Yeni qanun Ermənistanda yezidi kürdlərin narazılığına səbəb oldu


Ermənistanda toy
Ermənistanda toy
-
İyulun sonunda Ermənistan hökuməti qadınlar üçün ailə qurmaq yaşını 17-dən 18-ə qaldırıb. Kişilər üçün də eyni yaş həddi müəyyən olunub.

Bu barədə Eurasianet saytı xəbər verir.

Hökumət bildirir ki, bu dəyişiklik Ermənistanda gender bərabərsizliyinin aradan qaldırılmasına kömək edəcək. Lakin ölkənin 60 minlik yezidi kürd icması bu dəyişikliyi qeyri-insani adlandırır. Yezidi kürdlər bu qanuna əməl etməyəcəyini bildirirlər.

Ermənistan və Bütün Dünya Yezidilərinin Milli İttifaqının sədri Aziz Tamoian deyir:

«18 yaşlı qız bizim üçün qarımış sayılır. Belə bir qanunun qəbul edilməsi yalnız bizim ailələrimizin dağılmasına səbəb olacaq və yezidi qızlarını bədbəxt edəcək».

Milli azlıqlar və dini məsələlər departamentinin keçmiş rəhbəri Hranush Kharatian deyir ki, onlarda əsrlər boyu qızlar erkən yaşlarında ailə qurublar:

«Yezidi qızlar 7-8-ci sinfi bitirəndən sonra 13-14 yaşlarında ailə qururlar. Onlar yaşca özlərindən böyük adamla ailə qurur, tezliklə uşaqları olur».

Ermənistanda yezidi kürd ailəsi
Ermənistanda yezidi kürd ailəsi
9-12 UŞAQ

Yaşlı yezidi kürd qadınları bildirirlər ki, onların ortalama 9-12 uşaqları olarmış. Ancaq iqtisadi çətinliklərlə əlaqədar son dövrlər uşaqların sayında azalma var.

27 yaşlı Meline Amarin Yerevan yaxınlığındakı Arzni adlı yezidi kəndində yaşayır. Evdar qadındır. 15 ya da 16 yaşında ailə qurub. Bir uşağı var. O deyir ki, erkən yaşda ailə qurmaq çox normaldır:

«Mən məktəbdən çıxdım. Oxumağa həvəsim yox idi. Əsas bizim milli ənənələrimizi və ailəmizi qoruyub saxlamaqdır».

Ermənistanda sovet dövründə ailə qurmaq hüququ 17 yaşından başlayırdı. Ancaq onda da yezidi kürdlərinə güzəşt olunurdu. Avqust ayında Ermənistanın Baş naziri Tigran Sargsyan yezidi kürdlərinə güzəşt vəd edib. O, yezidi kürd qızları üçün minimum ailə qurmaq yaşını 16-ya, oğlanlar üçün isə 17-yə endirməyə söz verib.

«21-Cİ ƏSRDƏ YAŞAYIRIQ…»

Lakin Ermənistanda heç də bütün yezidi kürdlər erkən ailə qurmağın tərəfdarı deyil. Qeyri-hökumət təşkilatının rəhbəri Boris Tamoian deyir ki,
Ermənistanda yezidi kürd ailəsi
Ermənistanda yezidi kürd ailəsi
​əslində yaş tələbinin azaldılması yezidi kürdlərinin maraqlarına xidmət etmir:

«Yezidi qızları erkən yaşdan məktəbdən çıxarıb evləndirmək ayrı-seçkilikdir. Yezidilərin çoxu köhnəlmiş qaydalara əməl etmək istəmirlər. Ermənistan hökumətindən tələb edirik ki, qaydaya heç bir dəyişiklik etməsinlər».

30 yaşlı Perine Guden tibb bacısı işləyir. Həm də rus dili və ədəbiyyatı üzrə mütəxəssisdir. O, da bu fikirlə razıdır:

«Bizim erkən yaşda ailə qurmayan çoxlu təhsilli qızlarımız var. Onların yaxşı da ailələri var».

Peline'nin isə 20 yaşı var və iki uşaq anasıdır.

«Biz 21-ci əsrdə yaşayırıq və belə köhnə adətlərdən əl çəkməliyik» - deyə o, bildirir.
XS
SM
MD
LG