Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:28

Britaniya hökuməti Litvinenko'nun MI6 ilə əlaqələrinin açılmasını istəmir


Alexander Litvinenko
Alexander Litvinenko
-
Britaniya hökuməti qətlə yetirilmiş keçmiş Rusiya casusu Alexander Litvinenko'nun işinə dair istintaq materiallarından onun Britaniyanın məxfi xidmətləri ilə əlaqələri haqda informasiyaların çıxarılmasına sərəncam verib.

Skotlend-Yard 2006-cı ildə radioaktiv «polonium 210» maddəsi ilə zəhərlənmiş Litvinenko'nun Britaniyanın kəşfiyyat orqanları - MI5 və MI6 ilə müntəzəm əlaqədə olub-olmadığını da araşdırıb.

Polis həmçinin Litvinenko'nun ölümündən az əvvəl onun MI5 və MI6 ilə təmasda olub-olmadığını öyrənməyə çalışıb.

Məsələ burasındadır ki, ilkin təhqiqat Litvinenko'nun məhz bu əlaqələrə görə KGB tərəfindən qətlə yetirildiyi iddiası üzərində qurulmuşdu.

İndi isə rəsmi London məhz bu iddiaları əks etdirən sənədləri ictimaiyyət üçün açıqlanacaq məlumatlar sırasından çıxarıb.

LONDONUN KÜÇƏLƏRİNDƏ NÜVƏ TERRORİZMİ

Yeni ildə başlanacaq yeni istintaq heç şübhəsiz London və Moskva arasında diplomatik-siyasi çəkişmənin yeni dalğasına yol açacaq.

Rusiya Litvinenko'nun qətlində şübhəli bilinən Andrey Lugovoy'u nəinki Britaniyaya verməyib, onu hətta millət vəkili edib.

Litvinenko'nun britaniyalı vəkilləri israr edirlər ki, o, Rusiya dövləti tərəfindən qətlə yetirilib.

Kral hökumətini təmsil edən vəkil Ben Emmerson deyib:

«Bu fərziyyə sübutlarla möhkəmlənsə, bu o demək olacaq ki, London küçələrində dövlət səviyyəsində hazırlanmış nüvə terrorizmi törədilib».

Andrey Lugovoy
Andrey Lugovoy
Britaniya hökuməti Litvinenko'nun MI5 və MI6 ilə əlaqələri barədə sənədləri müstəntiq, Ali Məhkəmənin sədri və onun komandasına təqdim edilməsinə icazə verib. Bir şərtlə ki, bu məlumatlar ictimaiyyətə ötürülməsin.

«The Independent» qəzeti yazır ki, aşırı məxfilik Londonu Moskvanın tənqidləri ilə üzləşdirəcək.

QURBAN, YOXSA AGENT?

Litvinenko'nun ölümündən sonra ona mütəşəkkil cinayətkarlıqla mübarizədə Britaniya kəşfiyyatının ayda 2000 funt sterlinq ödədiyi barədə xəbərlər yayılmışdı.

İstintaq qrupunun məsləhətçisi Hugh Davies bildirib ki, təhqiqatın ilkin hesabatına hökumətin düzəlişləri Litvinenko'nun Britaniya kəşfiyyatı ilə əməkdaşlıq etdiyi barədə rəyi dəyişmir və bütün versiyalar eyni şəkildə araşdırılmalıdır.

H.Davis deyib ki, bir sıra əcnəbi şahidlər video-əlaqə ilə ifadə verəcəklər.

Litvinenko'nun xanımı tələb edir ki, istintaq onun Britaniya vətəndaşı olan ərinin xarici ölkə kəşfiyyatı tərəfindən qətlə yetirilib-yetirilmədiyi üzərində
Vladimir Putin və David Cameron, 2 avqust 2012
Vladimir Putin və David Cameron, 2 avqust 2012
qurulsun.

MARİNA LİTVİNENKO BAŞ İTTİHAMÇI ROLUNDA

Böyük Britaniyanın Baş naziri David Cameron bu məsələni bu yaxınlarda Londona səfəri zamanı Rusiya prezidenti Vladimir Putin'lə müzakirə edib.

BBC-nin təhlükəsizlik məsələləri üzrə təhlilçisi Gordon Corera yazır ki, yeni istintaq Rusiya-Britaniya münasibətlərini tamamilə korlaya bilər.

Məsələ burasındadır ki, xanım Litvinenko'nun ittihamları birbaşa Rusiya dövlətinə qarşı yönəlib.

Britaniya mətbuatına nəzər saldıqda hiss olunur ki, indi məhz Marina Litvinenko baş ittihamçı kimi çıxış edir.

Bu da hiss olunur ki, Britaniya ədliyyəsi, əksinə, Rusiyanın ünvanına birbaşa ittihamlardan yayınır. Həm də müstəntiq bu qətldə Rusiyanın roluna «böyük bir ehtimalla» baxacaqlarını söyləyib və əlavə edib ki, bu iş son dərəcə çətin ola bilər.

İstintaq nümayəndələri bildiriblər ki, təhqiqat cinayət istintaqı demək deyildir və əsas etibarilə cənab Litvinenko'nun ölüm səbəblərini araşdırır.

Marina Litvinenko
Marina Litvinenko
Sətirarası oxusaq bəlli olan budur ki, bu istintaqın əsas vəzifəsi nə Litvinenko'nun Britaniya xidmətləri ilə əməkdaşlığını, nə də onun ölümündə Rusiyanın rolunu araşdırmaqdır.

SU ÇANAĞI SUDA SINAR?

BBC müxbiri bildirir ki, hökumətin getdikcə sakitləşən tonu MI5 və MI6-nın bu məsələ ilə bağlılığına dair məlumatların üzə çıxacağından ehtiyatlanması ilə əlaqədardır.

Alexander Litvinenko'nun MI5 və MI6 ilə əməkdaşlıq etdiyi təsdiqlənərsə, bu, onun qətlini legitimləşdirməyəcək, lakin məntiqi edəcək. Belə ki, kəşfiyyat aləmində «satılmış» agentlərin «məhvi» qanunsuz olsa da, qəbul edilmiş praktikadır. Yəni, «su çanağı suda sınar».

Məsələnin belə axar alması Moskvanın dilini uzada bilər. Yəni, «söhbət təkcə Vladimir Putin'in tənqidçisindən deyil, həm də Rusiya dövlətinə qarşı xarici kəşfiyyatla əməkdaşlıq edən agentdən» gedir.

Litvinenko'nun qətlində əsas şübhəli Andrey Lugovoy isə bildirib ki, «Bizim əsas vəzifəmiz bu məsələyə dair bütün sənədlərə çıxış əldə etməkdir»
.
«Bütün sənədlər» dedikdə Lugovoy'un nəyi nəzərdə tutduğunu anlamaq çətin deyil.

Alexander Litvinenko 2006-cı ildə Londonda zəhərlənmədən ölüb.
XS
SM
MD
LG