-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru və aktyoru Nicat Kazımov beynəlxalq festivaldan qayıdıb.
Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.
Xəbərdə bildirilir ki, Çexiya Respublikasının Pilsen şəhərində keçirilən «Fandime Divadlu» (Teatr fanatları) XX Beynəlxalq Teatr Festivalı sentyabrın 12-dən – 16-dək davam edib.
Festivalda müxtəlif ölkələrdən 17 tamaşa nümayiş etdirilib.
Dünyaca məşhur «Fandime Divadlu» XX Beynəlxalq Teatr Festivalında münsiflər heyətinin üzvü qismində iştirak edən Nicat Kazımov festivalda Macarıstan, Almaniya, Hollandiya, Polşa, Rusiyadan olan teatrların iştirak etdiyini bildirib
.
Gün ərzində üç və ya dörd tamaşa nümayiş etdirilib.
Xəbərdə bildirilir ki, əvvəlcə festivala fəxri qonaq kimi dəvət olunduğunu düşünən Azərbaycan rejissoru münsiflər heyətinin üzvü olacağımdan və festivalda nümayiş olunacaq tamaşalara qiymət verəcəyindən xəbərsiz olub.
Nicat Kazımov İngiltərədən teatrşünas Jan Herberd, Rusiyadan Yelena Sergeyevna, İrandan məşhur rejissor Arvand Daştaray, Polşadan Stanislav Dubrova və başqalarının tamaşalara verdiyi qiymətlərin festivalın müqəddəratını həll edəcəyini bildirib.
Rejissor Bakıya qayıtdıqdan sonra festivalda nümayiş olunan tamaşalara verdiyi qiyməti festivalın təşkilat komitəsinə göndərib.
Yaxın günlərdə nəticələr festival çərçivəsində dərc olunan jurnalda dərc olunacaq.
Nicat Kazımov festival iştirakçılarına Azərbaycan və onun teatr tarixindən danışıb.
Rejissor festival çərçivəsində 2013-cü ilin iyununda Çexiyada keçiriləcək daha bir festivala dəvət alıb. Həmin festivala teatr öz tamaşası ilə qatılacaq.
«Fandime Divadlu» Beynəlxalq Teatr Festivalı Çexiya Respublikasının ən nüfuzlu festivallarından biridir.
Bu günə qədər 15-dən artıq ölkənin 90-a yaxın teatrı bu festivalın iştirakçısı olub.
Festivalda böyük tamaşalarla yanaşı, kiçik həcmli, ənənəvi və eksperimental teatrların tamaşalarını da izləmək mümkündür.
Festivalın keçirilməsində əsas məqsəd Avropa və müasir dünya teatr tendensiyasını öyrənmək, müxtəlif teatr mədəniyyətlərinin bütövləşməsini təmin etməkdir.
Xəbərdə vurğulanır ki, festival həm də teatrla sıx təmasda olan insanları görüşdürmək məqsədinə xidmət edir.