Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:45

Nigar Yaqublu həbsdə qaldı -[VİDEO]


Nigar Yaqublu həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Nigar Yaqublu həbsdə qaldı

-
Sumqayıt Apellyasiya Məhkəməsi Müsavat üzvü Nigar Yaqublu ilə bağlı Abşeron rayon məhkəməsinin qərarını qüvvədə saxladı.
Bundan əvvəl Nigar Yaqublunun vəkilləri Abşeron rayon məhkəməsinə müraciət edib onun həbsinin ev dustaqlığı ilə əvəzlənməsini istəmişdilər, amma məhkəmə bu müraciəti təmin etməmişdi.
NİGAR YAQUBLU İLƏ BAĞLI QAPALI PROSES KEÇİRİLİR
Müsavat üzvü Nigar Yaqublunun işi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsində qapalı proses başlayıb. Proses Abşeron rayon məhkəməsinin qərarındandır.
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, məhkəmənin qarşısına AXCP-Müsavat fəalları toplaşıblar. Nigar Yaqublu məhkəməyə gətirilməyib.
Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini N. Yaqublu sentyabrın 11-də saxlanılıb.
Abşeron rayon Məhkəməsi onun haqqında iki aylıq həbs-qətimkan tədbiri seçib.
Sentyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Bundan sonra N. Yaqublunun vəkilləri onun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağl Abşeron rayon məhkəməsinə müraciət edib, lakin o da təmin olunmayıb.
Onun həbsi müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də baş verib.
XS
SM
MD
LG