Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:28

Gürcüstan yeni parlament seçir


Prezident Mikheil Saakashvili səsvermədə iştirak edib
Prezident Mikheil Saakashvili səsvermədə iştirak edib
Oktyabrın 1-də Gürcüstanın seçici məntəqələrində səsvermə başlayıb.

Hazırkı parlamentdə 150 yerin 80 faizi prezident Mikheil Saakashvili’nin Milli Hərəkat Birliyi partiyasına məxsusdur.

Hakim partiyanın əsas rəqibi biznesmen Bidzina Ivanishvili'nin «Gürcü arzusu» koalisiyasıdır.

Rəqibləri Saakashvili’ni monopoliya yaratmaqda və 2008-ci ildə Gürcüstanı Rusiya ilə fəlakətli müharibəyə sürükləməkdə tənqid edir.

Sentyabrın 30-da Saakashvili seçicilərə xitabən deyib ki, onlar «emosiya ilə yox ağılla səs versinlər».

Yeni Konstitusiya normalarına əsasən, Gürcüstanda baş nazirin səlahiyyətləri prezidentin səlahiyyətlərinin azaldılması hesabına artırılacaq və gələn il yeni baş naziri bugünkü seçkidə qalib gələn partiya və ya seçki bloku təqdim edəcək.

ATƏT-in Parlament Assambleyasının sözçüsü Neil Simon deyib, onlar istəyirlər ki, seçkinin nəticələri «seçki bülletenlərində qərar tutsun, küçələrdə yox».
XS
SM
MD
LG