Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:42

«Freedom House» eksperti: «Azərbaycanda internet təhlükəsizliyi pisləşir»


Foto: Arxiv
Foto: Arxiv
-
«Freedom House» hüquq müdafiə təşkilatının açıqladığı «İnternet azadlığı – 2012» məruzəsinin Azərbaycana aid bölməsinin müəllifi Mai Truong «Turan»ın Vaşinqton müxbirinə müsahibə verib. O deyib ki, Azərbaycanda internet təhlükəsizliyi pisləşir, təhlükəsizlik orqanlarının internet istifadəçilərinin fəaliyyətini izlədiyini və şəxsi məlumatlarına nəzarət etdiklərini güman etmək üçün əsas var:

«Bu, İKT infrastrukturunun böyük hissəsinin hökumətə və ya onunla əlaqəli qurumlara məxsus olması ilə bağlıdır. Müstəqil tənzimləyici orqanın və ya məhkəmə sisteminin olmaması istifadəçi hüquqlarının pozulmasının qarşısının alınması və onların şəxsi həyatının toxunulmazlığı ilə bağlı zəmanətləri azaldır.

Ağır cinayətlərin qarşısının alınması haqqında qanunvericilik güc qurumlarına məhkəmə qərarı olmadan vətəndaşların yazışmalarına nəzarət etmək imkanı verir və deməli, sui-istifadələr üçün imkan yaradır. Dövlət orqanlarının çoxdan hakimiyyəti tənqid edən jurnalistlərin və fəalların telefonlarına və internet əlaqələrinə nəzarət etməsi ilə bağlı şübhələr var. Hakimiyyət bu ilin martında Qubada kütləvi etirazlardan sonra internet-kafelərdə reydlər həyata keçirərkən bu bir daha təsdiq olundu. Nəhayət, hakimiyyət istifadəçiləri izləmək üçün onların kompüterlərinə xüsusi proqramlar göndərə bilir. Buna görə lisenziyalı proqramlardan istifadə etmək və kompüterlərdə sənədləri saxlayarkən səliqəli olmaq lazımdır».

Mai Truong əlavə edib ki, Azərbaycan hökuməti saytlara və ya digər KİV-lərə sistemli təcridetmə və ya filtrasiya yolu ilə ciddi məhdudiyyətlər qoymur:

«Lakin internetdə azad informasiya axınının məhdudlaşdırılması təmayülü müşahidə olunur. Bizim hesabatda Azərbaycan «nonblockers» adlandırdığımız ölkələr sırasında yer alıb. Bu ölkələrdə hakimiyyətlər internet azadlığını pozmaq üçün müxtəlif metodlardan istifadə edir –məsələn, istifadəçilərə təzyiq və onların saxta ittihamlarla təqibi. Bundan başqa hökumət güc qurumlarına istifadəçilərin yazışmalarını və danışıqlarını izləmək imkanı verən avadanlıq quraşdırıb».
XS
SM
MD
LG