Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:34

Mübariz Qurbanlı: «Bəzi qruplar hicab məsələsindən sui-istifadə edirlər»


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
-
«İnanıram ki, Azərbaycanın hüquq-mühafizə orqanları Təhsil Nazirliyi qarşısında keçirilən aksiya ilə bağlı obyektiv addımlar atacaqlar».

Bunu Publika.az saytına YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı Təhsil Nazirliyinin qarşısında dindarların «Hicaba azadlıq!» şüarı altında keçirdikləri aksiyaya münasibət bildirərkən deyib.

YAP rəsmisi söyləyib ki, Azərbaycanın təhsil müəssisələrində şagirdlərin geyimini tənzimləyən xüsusi qaydalar var və hamı da buna əməl etməlidir. O, dünyanın istənilən dünyəvi ölkəsində hicabdan və digər dini geyimlərdən istifadə edilmədiyini deyir:

«Çox təəssüf ki, bəzi qruplar hicab məsələsindən sui-istifadə edərək Azərbaycan daxilində qarşıdurma yaratmaq istəyirlər. Lakin onların bu niyyətləri baş tutmayacaq və Azərbaycan dövləti daxilində hər hansı qarşıdurmanın yaranmasına imkan verməyəcək.

Hesab edirəm ki, bu cür hərəkətlərə ehtiyac yoxdur. Azərbaycanda din azaddır, dövlətdən ayrıdır və hər kəsin azadlığı təmin olunub. Din və hicab adı altında təxribatla məşğul olmaq isə yersizdir. Hesab edirəm ki, bu cür addımlar düzgün olmadığı üçün hakimiyyət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının bu kimi aksiyaların qarşısını alması tam düzgündür. Bu kimi təxribat xarakterli addımların atılmasına qarşı mübarizə gələcəkdə də davam etdiriləcək».

M.Qurbanlı deyib ki, Azərbaycanda hicaba qadağa yoxdur, hicabdan istifadə vətəndaşların öz istəyindən asılıdır:

«Biz hicabın əleyhinə deyilik, lakin bəzi qruplar hicab adı altında təxribat xarakterli siyasi çağırışlar edərək ölkə daxilində sabitliyi pozmağa cəhd edirlər. Bütün bunlar isə qanunla da yolverilməzdir».
XS
SM
MD
LG