Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:22

“Salam Qədirzadənin özü də unudulub, yaradıcılığı da”


Ruslan Qədirzadə (sağda) və Cavid Zeynallı
Ruslan Qədirzadə (sağda) və Cavid Zeynallı
-

- Bircə mənim atamın xatirəsinə etinasızlıq göstərildi...

AYB sədri Anarın verdiyi sözdən keçən illər...

- Anam milliyyətcə rusdur. Toy günü eşidiblər ki, Səməd Vurğun Moskvadadır, deyiblər, onu dəvət edək.

- İkinci görüşdə atam yenə imtina edəndə Heydər Əliyev deyib qəbul etməlisiniz, bu birinci katib kimi mənim təkidimdir...

- “Qış gecəsi” romanına görə bir neçə sevgilim vardı...”


Cavidlə xatırlamaq


Sovet dövrünün populyar yazarlarından olan Salam Qədirzadənin oğlu ilə söhbət.


Hüsü Hacıyev küçəsində bir bina var: yazıçıların binası...

Oranı hamı tanıyır; qəsdən, ya da elə maraq xətrinə kimə yaxınlaşıramsa, bir ağızdan nişan verirlər.

İkinci mərtəbəyə qalxanda görürəm, qapının üstündəki “Salam Qədirzadə” adı hələ də durur.

Kimlər yaşamayıblar bu binada. O kimlərin yaxınları, varisləri ilə söhbətim çox olub; elliklə bu binanın qaynar çağlarını nisgillə xatırlayıblar.

Elə Salam Qədirzadənin oğlu da söhbət boyu atasının gecə yarısınacan çəkən
Salam Qədirzadə
Salam Qədirzadə
qonaqlıqlarından, ədəbi mübahisələrindən, nərdtaxta oynamaqlarından ağız dolusu danışdı.

“ - Salam Qədirzadənin özü də unudulub, yaradıcılığı da...”

Söhbətin bu giley-güzar dolu cümlə ilə başlamağı heç ürəyimcə deyil. Di gə, günah atası haqqında xatirələrə baş vuran oğulda – Ruslan Qədirzadədə deyil. Günah məndədir – nəfəs dərər-dərməz “deyirlər, vaxtilə o, çox məşhur olub, indi... indisini bəlkə siz danışasınız... ” deyirəm. Danışır...

“Qapımızı döyən, hal-əhval tutan yoxdur”

- Sovet dövründə əsərləri iki-üç ildən bir nəşr olunurdu. 98-ci ildən sonra atamın bir cümləsi belə çap olunmayıb.

1998-ci ildə “Gənclik” nəşriyyatının direktoru zəng vurdu ki, Ruslan, gəl yanıma, səninlə söhbətim var. Görüşdük dedi, Salam Qədirzadənin kitabını nəşr etmək istəyirik, amma pulumuz yoxdur, imkanınız varsa, kitab sizin hesabınıza çıxsın. Razılaşdım, 1000 tirajına 300-400 dollar xərc çəkdik, “Qış gecəsi” romanı atamın ad günü ərəfəsində çap olundu.

Sən gəlməmişdən əvvəl qızımla söhbət edirdim, dedi babamın xatirə lövhəsi məsələsini danış, bəlkə bir köməkliyi oldu.

Təxminən 14-15 il əvvəl bacım dedi, Ruslan, bu binada yaşayan əksər yazıçıların xatirə
Salam Qədirzadə həyat yoldaşı Roza xanımla
Salam Qədirzadə həyat yoldaşı Roza xanımla
lövhəsi var, atamızdan başqa. Bu məsələ məni çoxdan narahat eləyirdi.

Əslində, bu xatirə lövhəsini mən özüm vurdura bilərəm, amma bu, qanunsuz olur, gərək Nazirlər Kabinetinin icazəsi olsun.

Bacımla üç səhifəlik bir məktub hazırladıq, yollandım Yazıçılar Birliyinə. Çingiz Abdullayev Anar müəllimin yanında idi. Anar müəllim məni uşaq vaxtı görmüşdü, tanımadı.

Biləndə ki Salam Qədirzadənin oğluyam, hər ikisi şad oldular, isti münasibət göstərdilər. Dedim Anar müəllim, mən heç vaxt bura xahiş- minnət üçün gəlməmişəm, dolanışığımız da yaxşıdır, pis yaşamırıq. İstəyirik, atamın xatirə lövhəsi yaşadığı binaya vurulsun və mümkünsə, doğulduğu Maştağa kəndində onun adına bir küçə verilsin.

Söz verdi, arxayın saldı ki, bu işlə məşğul olacağam. Üstündən 6-7 ay keçdi, cavab gəlmədi. O vaxt Bəxtiyar Vahabzadə adlar komissiyasının üzvü idi, bir də zəng edəndə Anar müəllim dedi, Bəxtiyar müəllimlə danışacağam, sizə qonşu olub, kömək edəcək.

Üç il keçdi yenə cavab gəlmədi. Bir də zəng vurub xatırlatdım, cavab verdi ki, bilirəm oğlum, çalışacağam sizə kömək edim.

Atamın yubileyi Yazıçılar Birliyində keçiriləndə gileyləndim. Məclisi atamın yaxın dostu, gözəl şairimiz Qabil aparırdı. Orda da söz verdilər ki, düzələn işdir, amma...

Bizim binamızda iki adamın xatirə lövhəsi yoxdur: atamla Əliağa Kürçaylının. Salyanda
Qızı Leyla ilə
Qızı Leyla ilə
Əliağa Kürçaylının büstü qoyulub, adına küçə, məktəb var.

Bircə mənim atamın xatirəsinə etinasızlıq göstərildi. Bu münasibət mənə çox ağır gəlir. Qeyri-qanuni olsa da, xərcini çəkib, xatirə lövhəsini özüm vurmağa məcburam. Dostlarından indi heç kim qalmayıb, qapımızı döyən, hal-əhval tutan yoxdur. Bilirsən, get-gəlli olan ailə üçün bunları yaşamaq çox çətindir. Sağ olsunlar, televiziyalar – AzTV, ANS, XƏZƏR TV atamın xatirəsini həmişə diqqətdə saxlayıblar. ANS ayrıca veriliş etmək istəyir, görək sağlıq olsun...

“O qız atamı çox sevirdi...”

- Sağlığında atamı hamı tanıyırdı. Maştağadan yeniyetmə vaxtlarında çıxıb, amma dostları ilə bibimin bağ evinə getməyi sevərdi. Nərdtaxta oynayırdılar, yeyib-içirdilər, bir də gördün, bir kənara çəkilib yazırdı.

Maştağada uşaqdan böyüyə kim eşidirdisə Salam Qədirzadə gəlib, mütləq gəlib görüşür, hal-əhval tuturdular. Atamla dəfələrlə toylarda olmuşam, adamlar barmaqla göstərirdilər ki, bax, “Qış gecəsi”ni yazan Salam Qədirzadə budur.

Atamgil ailədə iki qardaş, beş bacı olublar. Dadaş babamı mən görməmişəm, amma atam danışardı ki, kiçik ticarətlə məşğul olub. Mənim nə əmim, nə bibilərim öz təvəllüd tarixini dəqiq bilməyiblər.

Bir dəfə soruşdum ki, ata, sən doğum tarixini belə dəqiqliklə necə bilirsən? Sən demə,
Hərbi xidmətdən sonra...
Hərbi xidmətdən sonra...
Dadaş babam arzu edirmiş ki, birinci uşağı oğlan olsun. Bibim doğulandan sonra deyəsən, kişinin qanı bir az qaralıb. Pirşağının yaxınlığında Ləhiş bağları deyilən yer var, orda evləri olub. Atam anadan olanda babam o qədər sevinib ki, həyətdəki çinar ağacının başına dırmaşıb, bıçaqla 23.10.04 yazıb. Yəni 1923-cü il, dördüncü ay, onuncu gün. Atam qırx yaşınacan o yazı, ağac dururdu. Sonra bağı satdılar.

Anam milliyətcə rusdur. Tanışlıqlarının qəribə tarixçəsi var. Atam 52-ci ildə Moskvada Ədəbiyyat İnstitutunda İsa Hüseynov, Nəbi Xəzri ilə bir yerdə oxuyub, yataqxanada eyni otaqda qalıblar. Atam danışırdı ki, yataqxana Peredelkinoda yerləşirmiş, elektrik qatarı ilə təxminən saatyarımlıq yol gedirmişlər. Qatarda üç nəfər qız həmişə eyni vaqonda gedirmişlər. Qızlardan ikisi deyib gülürmüşlər, biri həmişə sakit oturar, kitab oxuyarmış. Özü də qızılsaç, yaraşıqlı rus qızı olub. Atam qızla tanış olub, bir-birini seviblər. Moskvada balaca bir kafedə özlərinə toy ediblər.

Toy günü eşidiblər ki, Səməd Vurğun Moskvadadır, deyiblər, onu dəvət edək. Atam danışırdı ki, Səməd Vurğun o vaxt azərbaycanlı tələbələrə tez-tez baş çəkər, ciblərinə pul qoyar, əyər-əskikləri ilə maraqlanarmış.

Toyda atam anamı Səməd Vurğuna təqdim edib ki, Roza ilə evlənirik. Səməd müəllim soruşub, səninlə Azərbaycana getməyə razıdır? Anam deyib, əlbəttə. Bu Səməd Vurğunun xoşuna gəlib, “onda məhəbbət vətənə qalib gəldi?” soruşanda anam “Salamla hər yerə getməyə hazıram” deyib.

53-cü ildə mən, 58-ci ildə bacım doğulub. Maraqlı orasıdır ki, atam Moskvaya getməmişdən qabaq Bakıda sevgilisi olub. Özü də, atamın oxucusuymuş. Atam oxumağa gedəndən sonra qızı unudub.

İndi o qadını tanıyıram, 80-dən yuxarı yaşı var. Bibim həmişə danışardı ki, o qız atanı
Oğlu Ruslanla, 1971
Oğlu Ruslanla, 1971
çox sevirdi. Sonralar atama əsərlərinə görə 500-ə yaxın məktub gəlmişdi. Çoxu da xanım oxuculardan olardı. Amma anam bunu həmişə normal qarşılayıb, aralarında narazılıq olmayıb. Anam bilirdi ki, həyatını yazıçıya bağlayıb.

“Heydər Əliyev atama deyib ki...”

- Seyfəddin Dağlı “Kirpi” jurnalının baş redaktoru olanda atam işdən öz xoşu ilə çıxıb. Uzun müddət işləmədi, ancaq evdə oturub yazmaq istəyirdi. 76-cı ildə telefon zəng çaldı, cavab verdim. Bir nəfər rus dilində dedi ki, mən Heydər Əliyevin köməkçisiyəm, Salam Dadaşoviçlə danışmaq istəyirəm.

Atam Mehdi Məmmədovun qardaşını çağırıb dedi, məni Mərkəzi Komitəyə çağırırlar. İki-üç gün sonra görüşə getdi. Bizə dedi, Heydər Əliyev məni “Kirpi” jurnalına baş redaktor təyin etmək istəyir.

Səhhətində problem olduğuna görə qəbul etməmişdi ki, “Kirpi”də işləmək çətindir. Heydər Əliyev deyib, gedin fikirləşin, Süleyman Rüstəm sizdən başqa heç kimin məsləhət görməyib.

İkinci görüşdə atam yenə imtina edəndə Heydər Əliyev deyib qəbul etməlisiniz, bu birinci katib kimi mənim təkidimdir. O vaxt “Kirpi” Mərkəzi Komitənin orqanı idi və
Salam Qədirzadə oğlu Ruslan, qızı Leyla ilə...
Salam Qədirzadə oğlu Ruslan, qızı Leyla ilə...
birbaşa birinci katibə tabe idi.

Təsəvvür edin ki, bu vəzifə komitənin şöbə müdiri səviyyəsində vəzifə olub: xidməti maşın, xüsusi xəstəxana, xüsusi istirahət evləri...

Dörd il baş redaktor oldu, sonra təzyiqlərə, xahiş zənglərinə görə öz ərizəsi ilə işdən çıxdı.

Vəli Axundovun rəhbərliyi dövründə də vəzifədən imtina etmişdi. Vəli Axundov Şıxəli Qurbanovu Mərkəzi Komitəyə ideologiya katibi təyin edəndən bir ay sonra həyətimizdə qara Volqa dayandı, Şıxəli müəllim maşından düşüb bizə nahar yeməyinə gəlmişdi. Sonralar mən öyrəndim ki, Şıxəli əmi atama təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsini təklif edib, atam razılaşmayıb ki, Şıxəli, mən vəzifə adamı deyiləm, işləyə bilmərəm, qan təzyiqim məni əldən salıb, əsəblərim yerində deyil.

“Qış gecəsi” romanına görə bir neçə sevgilim vardı...”

- Atam gecələr yazardı. Öz külqabısı, armudu stəkanı, qənqabısı vardı. Gecə üçə-dördə qədər yazardı. Yazanda siqareti çox çəkərdi, otaq tüstü-dumana bürünərdi. Təzə nəsə yazandan sonra Qabil başda olmaqla dostlarını başına yığıb oxuyar, müzakirə edərdilər. Bizə icazə verməzdi ki, yazı yazdığı otağına girək. Bu evi atama 56-cı ildə veriblər. Bura köçənə qədər biz Nərimanov heykəlinin yanındakı binada Ziya Bünyadovla qonşu olmuşuq. Birotaqlı ev darısqal olduğundan bu evi Yazıçılar İttifaqı verib.

“Qış gecəsi” romanı atama böyük şöhrət gətirdi. Mən hər yerdə Salam Qədirzadənin oğlu olduğumu gizlətməyə çalışırdım, amma olmurdu. Cavan olanda yazıçı oğlu
Ruslan Qədirzadə
Ruslan Qədirzadə
olduğuma, “Qış gecəsi” romanına görə bir neçə sevgilim vardı, evə-eşiyə yığışmırdım (gülür).

Özü də o vaxt heç nədən korluğumuz olmurdu, dolanışığımız yaxşı idi. Axırda atam özü dilləndi ki, 27 yaşın var, bəsdir, evlənmək vaxtıdır.

Anamla bir yerdə bir qız işləyirdi, atama məsləhət elədi, atam da dedi, sən allah kimi istəyirsən al, bunun başını bağlayaq. Bəlkə evə gələn zənglər kəsilər.

Bizi tanış etdilər, evləndik. Sonra məni əsgər çağırdılar, zabit olanda yoldaşımı da özümlə apardım Odessaya.

İndi Azərbaycan Stolüstü Tennis Federasiyasında mətbuat katibiyəm.

Atamın səhhətinə qarşı laqeydliyi vardı. Siqareti çox çəkirdi, əsəbliydi.

Bir dəfə insult keçirdi, həkim ona qadağalar qoymuşdu. 1987-ci ilin noyabrın 16-da insultdan dünyasını dəyişdi...

Ruhu şad olsun!


Həmçinin oxu
Salam Qədirzadə "Ər-arvad təhlükəsizliyi ongünlüyü" (Hekayə)
Salam Qədirzadə "Şlyapalı Mauqli" (Hekayə)


Şamaxıda Qabillə birgə. Oxucular ilə görüş, 1976...
Şamaxıda Qabillə birgə. Oxucular ilə görüş, 1976...
XS
SM
MD
LG