Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:28

Sanksiyalar işlədikcə, İranda narkotik maddələrin istehsalı artır


Heroin
Heroin
-

«Washington Post» qəzeti yazır ki, Qərbin sanksiyaları ölkənin iqtisadiyyatını tükəndirdiyi bir vaxtda bəzi iranlılar «gözlənilməz» mənbədən «qaz vurub, qazan doldururlar».

Hətta İran rəsmiləri də etiraf edirlər ki, narkotik maddə sənayesi çox güclü sintetik narkotikin rekord istehsalına nail olub.

Qəzetin müxbiri Joby Warrick yazır ki, dünyada tiryək aludəçilərinin ən yüksək sayına malik ölkələrdən biri olan İrandan narkotik qaçaqmalçılığının kəllə-çarxa vurması Avropadan tutmuş Cənub-Şərqi Asiyaya qədər bir çox ölkələrdə kəşfiyyat orqanlarının həyəcanına səbəb olub.

Söhbət ondan gedir ki, İranda yüksək keyfiyyətli metamfetamin maddəsi istehsalının gəlhagəli başlanıb.

Metamfetamin təbabətdə istifadə olunsa da, ABŞ da daxil olmaqla, əksər ölkələrdə təhlükəli narkotik maddə kimi qadağan olunub və nəzarət altındadır.

QAFQAZA ZORAKILIQ İRANDAN YAYILIR

Joby Warrick yazır ki, narkotik maddələrlə bağlı zorakılıq indi İrandan Qafqaza yayılmaqdadır.

Region rəsmiləri bildirirlər ki, narkotik maddə qaçaqmalçıları polis və sərhəd qoşunları ilə amansız döyüşlərə girməkdən belə çəkinmirlər.

Qəzet yazır ki, İranın şimal qonşusu olan Azərbaycanda İran qaçaqmalçılarının təkmilləşdirilmiş sürət katerləri Azərbaycanın dəniz patrulu ilə «siçan-pişik» oyunu oynayırlar.

Qərb və Yaxın Şərq rəsmiləri bildiriblər ki, İranın narkotik maddə qaçaqmalçıları ABŞ istehsallı gecə durbinlərindən, bombalardan və hətta sərhəd-buraxılış məntəqələrini vurub keçmək üçün zirehli maşınlardan istifadə edirlər.

Qəzet yazır ki, İran rəsmiləri ölkədə narkomaniya probleminin olmasını etiraf edirlər, lakin bildirirlər ki, İran yüzlərlə polisin və sərhədçinin öldürüldüyü bu döyüşdə qurbandır.

Tehran bəyan edib ki, təkcə bu il 3 tonadək metamfetamin maddəsi müsadirə edilib və onlarca narkotik maddə qaçaqmalçısı edam olunub.

İran Milli Polisinin başçısı, briqada generalı Ismail Ahmadi-Moghaddam İnterpolun bu il Tehranda keçirilən konfransında 11 ölkədən gəlmiş rəsmiləri əmin etmək istəyib ki, İranın metamfetaminə və heroinə münasibəti eynidir.

İRANDA NARKOTİKLƏRƏ QÜDS QÜVVƏLƏRİ NƏZARƏT EDİR

Lakin ABŞ və Qərb kəşfiyyat rəsmilərinin qənaətinə görə, İran ölkədən çıxan narkotik maddələrdən daha çox ölkəyə gələn narkotik maddələrlə maraqlanır və bu sahədə xarici partnyorlarla əməkdaşlıq etmir.
Arxiv foto: Narkotiklərlə mübarizə idarəsi narkotik maddələri məhv edir
Arxiv foto: Narkotiklərlə mübarizə idarəsi narkotik maddələri məhv edir

ABŞ hüquq-mühafizə orqanlarının vəzifəli rəsmilərindən biri qəzetə deyib ki, «İran qaranlıq bir quyudur».

«Washington Post» yazır ki, narkotik maddələr nəqlinin bir sıra marşrutlarını İnqilab Keşikçilərinin Qüds Qüvvələri himayə edir.

Qəzetin yazdığına görə, Qüds Qüvvələri Latın Amerikası da daxil olmaqla, dünya boyunca narkotik maddə nəqlinə nəzarət edən və Livanda mənzillənmiş «Hizbullah» təşkilatı ilə əlbirdir.

«Hər iki təşkilat hazırda qlobal narkotik maddə ticarətində yaxından iştirak edir», ABŞ Narkotik Maddələrlə Mübarizə Administrasiyasının keçmiş əməliyyat rəisi Michael Braun deyib.

O, bildirib ki, bu iştirak onlara Qərb yarımkürəsində və başqa yerlərdə terrorçu və kriminal fəaliyyətlə məşğul olmağa geniş imkanlar yaradır.
XS
SM
MD
LG