-
Goncourt Mükafatının builki qalibi bəlli olub.
Bu, Jerome Ferrari-dir.
Reuters-in xəbərinə görə, Fransanın nüfuzlu ədəbiyyat mükafatı ona noyabrın 7-də "Le Sermon de la Chute de Rome" (“Romanın çöküşü barədə moizə”) romanına görə verilib.
Roman bir gəncin idealist arzusu haqdadır.
O, fəlsəfə sahəsində araşdırmalardan imtina edib köhnə dostu ilə birlikdə bar açır.
Məqsədi də həmin barı sakit və təhlükəsiz bir istirahət yerinə çevirməkdir.
Amma onun idealist planının Korsika kimi mafiyanın at oynatdığı, korruspiya, alkoqolizm, seks və zorakılıqda “ad çıxarmış” adada gerçəkləşməsi müşkül işə çevrilir.
Jerome Ferrari 1968-ci ildə doğulub.
Hazırda o, Əbu-Dabidəki fransız liseyində fəlsəfədən dərs deyir.
Xatırladaq ki, Goncourt Mükafatı 1903-cü ildən təsis edilib.
Onun qonorar məbləği simvolikdir—cəmi 10 Avro.
Mükafatın ən böyük özəlliyi qalibin romanının həmən bestsellerə çevrilməsidir.