Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:52

Fransa Suriya müxalifəti koalisiyasını rəsmən tanıyıb


Fransa yeni yaradılan Suriya müxalifəti koalisiyasını rəsmən tanıyıb.

Bunu Fransa prezidenti Francois Hollande televiziyada yayımlanan mətbuat konfransında bildirib.

Hollande bildirib ki, “Fransa Suriya Milli Şurasını Suriya xalqının vahid təmsilçisi və gələcəkdəki demokratik Suriyanın hökuməti kimi tanıyır”.

Hollande Suriya müxalifətini silahlandırılması ilə bağlı deyib ki, “silahların hara getdiyi açıq şəkildə bəlli olmadan bunu etməyəcəklər”.

Bununla da Fransa Suriya müxalifəti koalisiyasını tanıyan ilk Qərb ölkəsi oldu.

Suriyalı müxaliflər keçən bazar günü Qətərin paytaxtı Dohada Suriya İnqilabı və Müxalifət Qüvvələri adlı koalisiya yaratmışdı.

ABŞ ə İngiltərə koalisiyaya dəstək verib.
XS
SM
MD
LG