Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:35

Birləşmiş Suriya müxalifətini Türkiyə də tanıdı


Birləşmiş Suriya müxalifətini Türkiyə də tanıyıb.

Bunu Türkiyənin xarici işlər naziri Ahmet Davutoglu İslam Əməkdaşlıq Təşkilatının Cibutidə keçirilən iclasında bəyan edib.

Davutoglu həmçinin təşkilata daxil olan digər ölkələri eyni addım atmağa çağırıb.

Bundan əvvəl birləşmiş Suriya müxalifətini Fransa da tanıyıb.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etiraz və silahlı toqquşmalar gedir.
Bu müddət ərzində 30 mindən çox adamın öldüyü bildirilir.
XS
SM
MD
LG