Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:01

Əyyub Qiyas "Zırrama" (Hekayə)


Əyyub Qiyas
Əyyub Qiyas
-

Z I R R A M A

-Zəhmət olmasa, bir az kənara çəkilin…
-Buyurun…
Zəhləmi aparmaq istəyən adamın kimliyinə varmadan kənara çəkildim, daha doğrusu kənara çəkildim ya ortaya dəqiqiq yadımda deyil, amma yerimi dəyişdim. Arabir yağış çiləyirdi, zəhlətökən nə üçünsə skamyanın üstünə dırmaşmışdı. Mən ona fikir vermirdim, bir də fikir verib neyləyəsiydim ki. Parkda adamlar gəzişirdi, mənim böyrəklərim sanjırdı və fikirləşirdim ki, özümü harda boşaldım. Zəhlətökən az qalmışdı mənə dırmaşsın. Böyrəklərimi sıxıb özümü güjlə saxlamışdım və məqam gözləyirdim. Gədə çiynimə toxundu, mən başımı qaldırmadan: - eşidirəm,- dedim.
-Zəhmət olmasa bir az da kənara çəkilin…
Mən ona dedim ki, böyrəklərim sanjır, yerimdən tərpənəsi olsam özümü saxlaya bilməyəjəyəm. O, bunun fərqinə varmadan ərklə dedi:
-Zərər yoxdur, yerində də qala bilərsən, amma əzizim mən məjburam ki, ayaqlarımı sizin diziniz üstə qoyam.
Mən javab vermək istəmirdim, sanjı məni birtəhər eləmişdi, səsimi içimə çəkə- çəkə:
-Burada, bu boyda parkda başqa skamya yoxdur?- dedim.
O javab vermədi. Gördüm ki, ayaqlarını dizlərim üstə qoymağa hazırlaşır, tərpənə bilmirdim, ona görə də susmağa məjbur oldum, o da utanmaz- utanmaz dizlərim üstə çıxdı. Mən partlayırdım… Nə isə… Özümü birtəhər ələ alıb maraqsız- maraqsız başımı qaldırdım. Görmək istəyirdim ki, o nə etmək istəyir. Mən ona baxıb hərəkətlərinə göz qoyub heç bir şey anlaya bilmədim. O, iki ayağını da mənim dizlərim üstə yerləşdirib mil dayanmışdı, başının, daha doğrusunu başımızın, daha doğrusu başımızın, ya da ki, nə bilim başlarımızın üstündəki küknar ağajının budaqlarını yoxlayırdı. Mən gözlərimi ondan yayındırmaq istəyəndə yoldan keçib maraqla bizə (bəlkə də ona, ya da ki, mənə) baxan adamları gördüm. Jamaat birtəhər baxırdı, elə mən özüm də bu zırramanın duruşundan baş çıxarmırdım.
-Əə, neyləyirsən?
-Sənə nə var neynirəm?
-Heç nə. Ufff…
Yenə böyrəklərimin sanjısı tutdu, gözlərim yaşardı.
-Bilirsən neynirəm?
-Bilmirəm, heç bilmək də istəmirəm.
-Niyə?
-Sənə nə var e, niyə? Bir az tez elə, qurban olum, özümü saxlaya bilmirəm.
-Özünü niyə saxlamaq istəyirsən ki?
-Heç. Elə- belə… Ufff… İşində ol.
Mən onun ayaqları ilə bir yerdə qarnımı qujaqlamağa məjbur olmuşdum, sanjı məni doğrayırdı. Parkdakı adamlar yavaş- yavaş seyrəlirdi, ağaj dibinə jumub rahatlanmaq üçün əsil məqam idi. Amma deyəsən bu heyvərənin məndən əl çəkmək, qujağımdan düşmək fikri yox idi. Nə isə… Gün hayandan çıxdı belə? O, yerə düşdü, səmaya baxdı və donquldana- donquldana:
-Bu yağışda nə yağan kimi yağır, nə dayanan kimi dayanır da,- dedi.
Mən əsəbləşdim:
- Bura bax, bir o qalmışdı ki, yağışa ilişəsən? Bir də ki, yağış özü bilər, istəyər yağar, istəyər yağmaz. Deyəsən o mənə qulaq asmırdı, nə barədəsə fikirləşirdi.
-Bura bax,- dedi, bəlkə kəmərin olar?
-Var,- dedim, nədir ki?
-Mən bilirdim ki, sən yaxşı adamsan. Zəhmət olmasa kəmərini mənə ver.
-Elə niyə?
-Ona görə ki, kəmər mənə lazımdır, sən də yaxşı oğlansan, başa düşdün .
Mən hirsimdən titrəməyə başladım, birdən yadıma düşdü ki, mənim işim var, qalxıb ağıjın dibinə yüyürdüm, işimi qurtaranda gördüm ki, heyvərə mənə baxır, hirs məni boğdu.
-Bura bax, javan oğlan, niyə mənə elə baxırsan?
-Əzizim, sənə yox, kəmərinə baxıram, xahiş eliyirəm ki, onu mənə verəsən.
-Axı niyə mən öz kəmərimi sənə verməliyəm? İkinjisi də kəməri sənə versəm şalvarım əynimdən düşəjək.
O başını qaşıyıb ətrafa baxdı və hardansa bir parça məftil tapıb mənə uzatdı:
-Gördün ki, bu dünyada hər şeyə çarə var, götür bunu şalvarına bağla, kəməri də mənə ver.
Mən ona fikir vermədən gəlib bayaq əyləşdiyim skamyanın üstündə oturdum. O da gəlib mənimlə yanaşı oturdu. Yenə başını yuxarı qaldırıb hərdənbir yerə düşən ilıq lamjılarla oynamağa başladı.
-Bəlkə tanış olaq,- dedi.
Mən ona javab vermədim, o isə deyəsən adını, familini, birdə iş yerini bildirdi mənə. Mən ona qulaq asmaq belə istəmirdim. Günorta içdiyim pivə böyrəklərimi ağrıtdığı üçün həmişəki kimi özümü söyürdüm ki, daha pivıə içməyəjəm, pivə içənin… Amma onu da bildirdim ki, xeyri yoxdur, özümü nə qədər söysəydim də pivə içəjəkdim, mən pivəsiz yaşaya balmirdim, lap pivə məni öldürsəydi də onu içəjəkdim, pivə mənim həyatım idi…
-Hə, tanış da olduq,- dedi.
-Mən ki, səninlə tanış olmaq barədə…
-Bunun heç bir əhəmiyyəti yoxdur, indi sən öz dostuna bir kəmər nədir ki, onu verməyəjəksən?
-Lap atam da gəlsə mən ona kəmər verməyəjəyəm.
-Verərsən… Bura bax, sənjə hansı budaqdan asılmaq yaxşı olar, hansı budaqdan asıliaq daha şərəflidir?
Mən gözlərimi açıb ona baxdım, o öz aləmində idi. Mənə elə gəldi ki, onun başı bir az çatışmır, sözün düzü başı lap yerində idi, anjaq nəsə çatışmırdı. Nə isə…
-Mənjə çıxıb evə getsən daha yaxı olar, nəinki, burda…
-Yox… Sən nə danışırsan? Səhər tezdən iradəmi yoxlamaq istədim, su borusunu dartıb yerindən qopartmışam, indi qonşularım suda üzürlər…
-Get sən də üz… Get evə.
O nə isə fikirləşib mənim şalvarıma əl atdı, mən çaşdım, biz süpürləşməyə başladıq, o güjlə şalvarımı əynimdən çıxartdı, kəməri götürüb şalvarı üstümə atdı.
-Geyin…
Mən javab vermədim, kəmərsiz şalvar mənim nəyimə gərək idi. Yağış bir az da güjlənmişdi. Mən skamyanın altına girib özümü gizlətmişdim, o isə skamyaya qalxıb kəməri ağaja bağladı və boynuna keçirtdi, sonra da gülə- gülə mənə dedi:
-Əgər böyrəklərin xəstədirsə, yerdə uzanma. Mən getdim…
O kəməri bərkidib ayaqlarını qaldırdı və budaqdan asılmış vəziyyətdə sağa- sola yellənməyə başladı. O xoşbəxt adama oxşayırdı, onun rəngi yavaş- yavaş göyərirdi. Onun səsi çıxmırdı, harda olduğu mə'lum deyildi, sifəti heç nə demirdi. Ümumiyyətlə, o adama oxşamırdı. Mənsə skamyanın altında qalıb budağın nə vaxt qırılajağını gözləyirdim, gözləyirdim ki, kəmərimi götürüb gedəm. Yağışsa daha da güjlənmişdi, damjılar skamyadan başıma damırdı, lap bu zırramanın qonşuarının gününə düşmüdüm deyəsən. Tez- tez budağa göz qoyurdum ki, qırılanda görəm, budaqsa belə tez qırılana oxşamırdı…
O isə doğrudan da xoşbəxt idi.

son
XS
SM
MD
LG