Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:54

Naxçıvandakı Cənubi Koreya Mərkəzində tədbir keçirilib


Naxçıvan. Dəmiryol stansiyası
Naxçıvan. Dəmiryol stansiyası
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 26 iyul 2012. sayı: 139 (20.543)


İLİN BİRİNCİ YARISININ NƏTİCƏLƏRİ MÜZAKİRƏ EDİLİB

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələrin icrası və cari ilin ilk 6 ayının yekunlarının müzakirəsi ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunda yığıncaq keçirilib.

Yığıncağı giriş sözü ilə institutun tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru Akif İmanlı açıb. Bildirilib ki, 2011-2012-ci tədris ilində instituta riyaziyyat və informatika, təsviri incəsənət, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial – psixoloji xidmət müəllimliyi ixtisasları üzrə tələbə qəbulu aparılıb. Ali təhsil ocağında Dillər və ədəbiyyat, Pedaqogika və psixologiya, Ali riyaziyyat və informatika, riyaziyyat və tədris metodikası, Ümumi fənlər, Humanitar və incəsənət kafedraları fəaliyyət göstərir. İnstitutda ötən tədris ilində 700-dən çox tələbə təhsil alıb ki, onların da təhsili ilə 58 nəfər professor – müəllim məşğul olub.

CƏNUBİ KOREYA MƏRKƏZİNDƏ TƏDBİR

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Cənubi Koreya Mərkəzində tədbir keçirilib. Tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək Cənubi Koreya ilə əlaqələrin inkişafından danışıb. Qeyd olunub ki, müxtəlif vaxtlarda Naxçıvan Dövlət Universitetinin və Cənubi Koreyanın Kyumqsunq Universitetinin nümayəndə heyətlərinin işgüzar görüşləri keçirilib, Cənubi Koreyanın Kimçönq və Busan Kyumqsunq universitetləri ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Universitetdəki Cənubi Koreya Mərkəzi isə ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu təbliğ etməkdədir. Naxçıvan Dövlət Universiteti tərəfindən Koreya Respublikasının KOİCA – qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirən dövlət agentliyinə müasir informasiya texnologiyalarının alınması, elektron idarəetmə sisteminin yaradılması ilə bağlı layihə təqdim olunub.

Universitetdə Cənubi Koreya Mərkəzi və Dil Hazırlıq Mərkəzi uğurla fəaliyyət göstərməkdədir. Sentyabr ayından etibarən mərkəzdə Koreya dili üzrə hazırlıq kurslarına start veriləcək.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Əqrəb sancması
- Biləv-Behrud-Parağa avtomobil yolu yenidən qurulur
- Növbəti əmək yarmarkası keçirilib
XS
SM
MD
LG