Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:42

Herta Müller: “Nobelin Mo Yana verilməsi faciədir”


Herta Müller
Herta Müller
-

2012-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatının Çin yazıçısı Mo Yana verilməsi "faciə" və “demokratiya və insan haqları uğrunda mübarizə aparanların sifətinə vurulmuş şillədir”.

Bunu Nobeli 3 il qabaq almış Rumıniyadan olan alman əsilli yazar Heta Müller deyib.

“Oxu zalı” İsveç mətuatına istinadla xəbər verir ki, vaxtilə Çauşesku diktaturasında təzyiqlərlə üzləşmiş H.Müller bu ilin oktyabrında mükafatın Mo Yana verilməsini eşidəndə “ağlamaq istəyib”.

Nobel Komitəsi mükafatın Mo Yanın “folklor, tarix və müasirliyin sintez edildiyi hallüsinasiyalı realizmə görə” mükafatlandırıldığını bildirmişdi.

Mo Yanın Nobelə layiq görülməsini çinli dissidentlər də tənqid etmişdi.

Məsələn, dissident heykəltəraş Ai Weiwei demişdi ki, Mo Yan Çin Kommunist Partiyasına yaxındır və bir neçə dəfə hətta açıq şəkildə ziyalıların müstəqilliyinə hörmətsizlik nümayiş etdirib.

H.Müllersə deyib ki, Mo Yana Nobel verilməsi “senzuranı alqışlamaqdır”.

Mo Yan
Mo Yan
Onun sözlərinə görə, Mo Yan öz çıxışlarında kommunistlərin ümummilli öndər saydığı Mao Zedong-un çıxışlarından sitatlar gətirir. O, 2010-cu ilin Nobel Sülh Mükafatının sahibi, bir neçə ildir həbsdə saxlanan ədəbiyyatşünas Liu Xiaobo-nun azadlığa buraxılmasına da çağırmayıb. Nobel aldığı gün sadəcə deyib ki, “onun tezliklə azadlığa çıxmasına ümid edir”.

Müllersə hesab edir ki, Mo Yan “bunu 4 il qabaq deməliydi, ya da heç olmasa mükafatı almamışdan 2 həftə əvvəl”.
XS
SM
MD
LG