Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:44

Sünni üçbucağı Yaxın Şərqi dəyişmək istəyir


Recep Tayyip Erdoğan və Mahmoud Ahmadinejad
Recep Tayyip Erdoğan və Mahmoud Ahmadinejad
-
Uzun illərdir ABŞ və onun Yaxın Şərqdəki müttəfiqləri üçün əsas problem şiəliyin dirçəlməsi idi. Hansı ki, İran İsrailə və Qərbə qarşı bunu siyasi və ideoloji cəhətdən dəstəkləyir. Lakin ərəb ölkələrindəki son dəyişikliklər regiondakı mənzərəni dəyişib. Misir, Qətər və Türkiyədən ibarət yeni sünni üçbucağı yaranıb.

Misir, Qətər və Türkiyə İsraillə Qəzza arasındakı münaqişənin həllində də həlledici rol oynayıb. Bu dövlətlər açıq-aşkar «Həmas»a qucaq açdılar. Bununla da əslində «Həmas»ı İran – Suriya – «Hizbullah» üçlüyündən bir qədər də aralamış oldular.

Yaxın Şərqin mənzərəsindəki bu dəyişiklik ilk növbədə İranın təcridi, onun ərəb liqasından daha da qopması və Tehranın İsrail sərhədindəki casuslarını silahlandırmasının daha da çətinləşməsi deməkdir. Ancaq məsələ bundadır ki, Tehrandan fərqli olaraq, bu yeni sünni liderlər Vaşinqtonla sıx əməkdaşlıqda maraqlı olsalar da, regionda radikal dini ideologiyanı da yayırlar. Bu ideologiya Qərbi bəyənmir.

Vaxtilə İrandan aldığı raketləri indi İsrailin şimal şəhərlərinə qədər ata bilən «Həmas» ötən qışdan İranla əlaqələrini zəiflədib. Səbəb də prezident Bashar Assad-a qarşı vuruşan qiyamçıları dəstəkləməsidir.

HƏLLEDİCİ MÜBARİZƏ - SURİYA

Suriya
Suriya
Beynəlxalq Böhran Qrupunun Yaxın Şərq proqramının direktoru Robert Malley deyir ki, «İranla müqayisədə yeni yaranan bu sünni birliyi «Həmas»a daha çox şey verəcək. Həm siyasi, həm diplomatik, həm də maddi cəhətdən».

İranın son İsrail-Fələstin münaqişəsinin həll olunmasında marağı yox idi. Misir-Qətər-Türkiyə isə İsrail ilə Qəzza arasında atəşkəsin imzalanmasında çox maraqlı idilər. İndi sünni-şiə duelinin həlledici mübarizəsi Suriya uğrunda gedir. Belə görünür ki, Suriya cəbhəsində də mübarizə heç də İranın xeyrinə deyil. Suriyanı itirməklə İran sonuncu ərəb tərəfdaşını da itirə bilər. Assad rejimi devrilsə, bu, İranla «Hizbullah»ın artıq regiondan təcrid olunması anlamına gələcək.

ABŞ üçün yeni reallıq odur ki, İran əvvəlkindən daha zəif ola bilər. Ancaq əvəzində dini cəhətdən daha konservativ Yaxın Şərq ilə üzləşmiş olacaq. Artıq islamçılar Misirdə, Liviyada və Tunisdə hakimiyyətdədirlər. Suriyanın sünni müxalifəti də mövqelərini get-gedə gücləndirir. Ərazisində ABŞ-ın hərbi bazası olan Qətər də islamçıları açıq-aşkar maliyyələşdirdiyini heç vaxt
Hosni Mubarak və Barack Obama
Hosni Mubarak və Barack Obama
gizlətmir.

SÜNNİ ÜÇBUCAĞI ABŞ-IN MÜTTƏFİQLƏRİNİ DƏ TƏHDİD EDİR

Yeni sünni üçbucağı təkcə şiələri deyil, Amerika ilə müttəfiqlik edən köhnə liderləri də çətin vəziyyətdə qoyub. Bunlardan biri Misir prezidenti Hosni Mubarak idi. Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas-ı da misal göstərmək olar. O, indi əvvəlki kimi fələstinlilərin dəstəyini qazana bilmir.

Noyabrın 29-da Mahmud Abbas BMT Baş Assambleyasında çıxış edərək BMT-dən Fələstinin qeyri-üzv dövlət kimi tanınmasını xahiş edəcək. Bununla bağlı qətnamənin qəbul olunacağı gözlənilir. Ancaq bu, regionda yaranmış əhval-ruhiyyə fonunda çox gec atılmış addım sayılır. Ramallada çörək dükanında işləyən 50 yaşlı Salah Abdulhamid deyir ki, Mahmud Abbas Fələstinin tanınmasına nail olsa belə, bu, heç nəyi dəyişməyəcək.

Misir, Qətər və Türkiyə isə daha sakit Yaxın Şərq istəyirlər. «Həmas» bu üçlüyə daha da yaxınlaşdıqca, regionda uzunmüddətli sülhün bərpası şansı da bir o qədər artır.
XS
SM
MD
LG