Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:45

Avropa Birliyi Azərbaycanla viza məsələsini sürətləndirmək istəyir


Məmmədyarov və Füle, Brüssel, 17 dekabr 2012
Məmmədyarov və Füle, Brüssel, 17 dekabr 2012
-
Dekabrın 17-də Brüsseldə Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası
keçirilib.

Azadlıq Radiosunun Brüsseldən verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edirdi, Avropa Birliyi isə Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissar Stefan Füle və hazırda Avropa Birliyinə sədrlik edən Kiprin Xarici İşlər Naziri Erato Kozakou–Marcoullislə təmsil olunurdu.

İclasdan sonra birgə mətbuat konfransında Stefan Füle deyib ki, “Biz Azərbaycanla Avropa Birliyinin yaxınlaşmasını görməyimizə şadıq. Bizim əməkdaşlıq öz bəhrəsini verir. Enerji sahəsində - bizim strateji əməkdaşlıq sahəmizdə - Cənub Enerji Dəhlizində əhəmiyyətli addımlar atılıb. Biz yaxın aylarda Şah Dəniz yatağı qazının Avropa Birliyi marşrutu üzrə daşınması haqda yekun qərarın verilməsini gözləyirik.”


Stefan Fule
Stefan Fule
Füle TransXəzər kəməri üzrə deyib ki, “Avropa Birliyi və Azərbaycan Türkmənistanla birgə işləyəcək ki, 3-tərəfli sazişi yekunlaşdırsın”.

Füle daha sonra deyib ki, “Assosiasiya Sazişində danışıqlar güclənib, ancaq bəzi məsələlərdə işlər sürətlənməlidir.”
Fuele bu məsələlər arasında viza məsələsinin adını çəkib.

Füle insan haqlarını xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycanla əməkdaşlıqda insan haqları əsas elementdir.
Onun fikrincə, Azərbaycan bu sahədə tərəqqi edib, ancaq bu uzun prosesdə media azadlığı, sərbəst toplaşma azadlığında Azərbaycan hələ də sınağa çəkilir.

Onun sözlərinə görə, “Azərbaycanın seçki qanunvericiliyini ATƏT tövsiyyələrinə uyunlaşdırmaq çox vacibdir. Bu, tez olunmalıdır ki, oktyabr ayında seçkilər ədalətli və şəffaf keçirilə bilsin.”

Mətbuat konfransında Elmar Məmmədyarov isə deyib ki, “Dağlıq Qarabaqda status quo ( vəziyyətin belə qalması) qəbul olunmazdır. Mənim fikrimcə, regiona sabitlik, rifah, proqnozlaşdırıla bilən vəziyyət gətirmək üçün qabağa getmək və sülhə nail oluna biləcək vəziyyətə çatmaq lazımdır. Mövcud vəziyyətdə isə bütün tərəflər itirir“,

Erato Kozakou-Markullis
Erato Kozakou-Markullis

Avropa Birliyinə sədrlik edən Kiprin Xarici İşlər Naziri Erato Kozakou –Marcoullis isə deyib ki,

“Bu il Dağlıq Qarabağda sülh prosesi üçün çətin il oldu. Regionda bu münaqişəyə yer yoxdur. Bu, qəbul olunmazdır. Çünki bizim dəyərlərimizə uyğun deyil. Bu, inteqrasiyanı, inkişafı, iri infrastruktur layihələrinə investisiyaları ciddi əngəlləyir. 20 illik vasitəçiliyin son həllə gətirə bilməməsi bizi məyus edib”

Ancaq, o, Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyə qoşulmaq fikrinin olmamasını da vurğulayıb.

AVROPA BİRLİYİ-ERMƏNİSTAN ŞURASI

Dekabrın 17-də Brüsseldə Avropa Birliyi-Ermənistan Əməkdaşlıq Şurasının da iclası olub. İclasdan sonra Stefan Füle ilə birgə mətbuta konfransı keçirən Ermənistanın xarici işlər naziri Edurad Nalbandyan deyib:
“Dağlıq Qarabağın yekun statusunu Dağlıq Qarabağın öz əhalisi müəyyən etməlidir və bunu müəyyən edəndə insan haqları daha yaxşı qorunacaq, nəinki indi Azərbaycanda.”

Avropa Birliyi ilə Ermənistan arasında bu gün razılaşdırılan qərarlara gəldikdə, Nalbandyan viza sərbəstləşdirilməsi istiqamətində vacib addımlar atıldığını bildirib və deyib ki, yanvarın 10-dan Ermənistan Avropa Birliyi vətəndaşlarından viza tələb etməyəcək.
XS
SM
MD
LG