Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:01

BP ABŞ-dakı problemlərini çözdü. Demək olar ki...


Meksika körfəzində “Deepwater Horizon” yatağındakı neft axıntısı
Meksika körfəzində “Deepwater Horizon” yatağındakı neft axıntısı
-
BP 2010-cu ildə baş vermiş neft axıntısı nəticəsində maliyyə ziyanı çəkmiş 100 min şəxsə və biznesə 7 milyard 800 milyon dollar təzminat ödəyəcək.
“The Guardian” qəzeti yazır ki, ABŞ-ın federal hakimi bu təzminatı son məbləğ olaraq qəbul edib.
Bununla belə, "son məbləğ" ən son deyil və sonradan arta və ya azala bilər.
HÖKM ƏDALƏTLİDİR, LAKİN SON DEYİL
ABŞ nahiyə hakimi Carl Barbier-in hökmündə deyilir ki, razılaşma “ədalətli, ölçülüb-biçilmiş və adekvatdır”.
BP şirkəti məhkəmənin qərarından məmnun olduğunu elan edib.
“Biz inanırıq ki, bu razılaşma Körfəzin insanları, biznesləri və icmaları, həmçinin BP-nin səhmdarlarının marağındadır” – deyib şirkətin sözçüsü Scott Dean.
Qəzet xatırladır ki, 2010-cu ilin aprel ayında BP-yə məxsus Macondo yatağında baş vermiş partlayış nəticəsində 11 neftçi həlak olmuş, Meksika körfəzinə 757 milyon litr neft axmış, nəticədə hövzə aylar ərzində kommersiya və bərpa olunan balıqçılıq biznesləri üçün qapalı qalmışdı.
Hakim bildirib ki, BP-nin məsuliyyəti barədə bir sıra məhkəmə prosesləri gələn il də davam edə bilər.
BP ŞÜKR ETMƏLİDİR
Meksika körfəzində neftli ərazi
Meksika körfəzində neftli ərazi
Bununla belə, o qeyd edib ki, Exxon Valdez və Amoco Cadiz axıntıları zamanı olduğu kimi 15-20 illik məhkəmə çəkişməsi təhlükəsi aradan qalxıb.
Carl Barbier həmçinin bəyan edib ki, hökm, təmizləmə işləri ilə məşğul olanların müalicə xərcləri barədə iddiaları üçün açıq qoyulub.
Bu razılaşma BP-yə qarşı Luiziana, Mississippi, Alabama, Florida və Texas ştatlarındakı insanlar və bizneslərin əsas iddialarını əhatə edir.
Hakim xüsusilə vurğulayıb ki, BP şirkəti belə iddialar üzrə ödənişləri hətta məhkəmədən əvvəl yerinə yetirməyə başlayıb və 4500 iddia üzrə 1 milyard 400 milyon dollar təzminat artıq ödənlilib.
BP həmçinin 16 min iddia üzrə əlavə olaraq 405 milyon dollar təzminat ödəyib.
Şirkət əlavə olaraq məhkəmə xərclərinin ödənilməsinə razılıq verib.
Hökmdə deyilir ki, təzminatın məbləği 2010-cu il üçün gözlənilən gəlirdən 19 dəfə artıqdır.
GƏLƏN İL DƏ MƏHKƏMƏSİZ OLMAYACAQ
Buna baxmayaraq, ABŞ federal hökumətinin, habelə bir sıra körfəz ölkələrinin ətraf mühitə vurulmuş ziyan barədə iddiaları qüvvədədir.
BP həmçinin cinayət işləri üzrə cərimələrin 4, 5 milyard dolarını artıq ödəyib və ya ödəyəcəyi barədə vəd verib.
ABŞ nahiyə məhkəməsinin hakimi Sarah Vance bu iş üsrə ilkin dinləməni yanvarın 29-na təyin edib.
Bu dinləmə zamanı bir daha neftçilərin ölümü və BP-nin axıntının miqyası barədə Konqresə yalan məlumat verməsi məsələləri müzakirə olunacaq.
XS
SM
MD
LG