Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:20

Gömrük Komitəsinin keçmiş sədri rüşvət ittihamı ilə həbs cəzası aldı


Arxiv foto.
Arxiv foto.
-


Qazaxıstan Gömrük Komitəsinin keçmiş rəhbəri Serik Baimaghanbetov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvarın 8-də Astana məhkəməsi onu işə düzəltmək üçün bir vətəndaşdan 80 min dollar rüşvət almaqda günahkar bilib. Keçmiş sədr cəzasını xüsusi rejimli koloniyada çəkəcək.

Amma keçmiş komitə sədri məhkəmədə özünü günahkar saymadığını bildirib.

54 yaşlı Baimaghanbetov vəzifədən çıxandan həmən sonra, ötən ilin fevralında həbs edilmişdi. O, 2011-ci ildə Gömrük Komitəsinə sədr təyin edilənə qədər Qazaxıstanın Daxili İşlər naziri idi.
XS
SM
MD
LG