-
Klemens Wilhelm von Klemperer ABŞ-da 96 yaşında dünyayla vidalaşıb.
O, Almaniyada Nasist rejiminin yüksəlişi və enişi barədə yazdığı kitablarla tanınırdı.
Dünyanın əksər media orqanları oğlu James Von Klemperer-ə istinadən Von Klemperer-in Massachusetts-dəki evində öldüyünü yayıb.
1916-cı ildə Berlində dünyaya gələn Von Klemperer, Adolf Hitler-in iqtidara gəlməsindən sonra 1938-ci ildə ABŞ-a qaçmaq məcburiyyətində qalmışdı.
Von Klemperer o vaxtlar Avstriyanın paytaxtı Vyanada nasistlərə qarşı tələbə hərəkatının lideri kimi tanınırdı.
1949-cu ildə Harvard Universitetinin doktoranturasını bitirən Von Klemperer müxtəlif universitetlərdə tarixdən dərs deyirdi.
Von Klemperer Almaniya və Orta Avropa tarixi ilə bağlı saysız kitab və məqalələr müəllifi idi.
Üç il öncə «Voyage Through the 20th Century» adlı xatirələr kitabını nəşr etdirmişdi.
Onun ən məşhur əsəri isə «German Resistance Against Hitler» («Hitler-ə qarşı alman dirənişi») adlı kitab idi.