-
Yanvarın 10-da Amerika Kino Akademiyası “Oscar” mükafatına iddialıların siyahısını açıqlayıb.
"Life of Pi" ("Pinin həyatı") - kanadalı yazıçı Yann Martel-in eyni adlı romanı əsasında çıklmiş film 11 nominasiya üzrə mükafata namizəddir.
Keçən il prokata çıxan, 120 milyon dollar büdcəsi olan bu filmin rejissor Ang Lee-dir.
Maraqlıdır ki, roman müəllifilə bağlanmış müqaviləyə əsasən, əsərin Azərbaycanda nəşr hüquqları "Alatoran" jurnalına məxsusdur.
"Pinin həyatı" romanı hal-hazırda tərcümə prosesindədir, fevral ayında "Alatoran Yayınları" seriyasından nəşr olunacaq.
“Pinin həyatı” romanı dünyada bestsellerdir, 2002-ci ildə ingilisdilli ölkələrin ən nüfuzlu mükafatı olan “Man Booker”ə layiq görülüb.
Əsərin qəhrəmanı Pinin atası zoopark sahibidir.
Pi sərbəst böyüyür, heyvanları sevir, onların psixologiyasını anlamağa çalışır.
O, induizm mühitində böyüyür, amma 14 yaşında İslam və xristianlığa da tapınır.
Hər üç dini özününkü sayır: “istədiyi bircə allahı sevməkdir” .
Pi allahı bu dinlərin hər üçü vasitəsilə dərk etmək istəyir, hər bir dinin insana bəxş etdiklərini anlayıb etiraf edir.
Amma torpaq mübahisəsinə görə atası zooparkı satmalı olur və ailə Kanadaya üz tutur.
Faciə baş verir, gəmi okeanda batır və Pinin ailəsi məhv olur, yalnız o, xilasedici qayığa minə bilir, Kanadaya apardıqları heyvanlardan bəziləri ilə - göreşən, zebra və oranqutanla birlikdə...
Bir də pələng....
Heyvanlar bir-birilə yola getmir...
Məlumatı yayan “Alatoran” jurnalı hesab edir ki, əsərin Azərbaycan dilinə qazandırılması əlamətdar hadisə olacaq.
Filmin treyleri